ABŞ-ın son erməni təxribatlarından öncədən xəbərdar olması ilə bağlı iddiaları kimlər və niyə yayır? - ANALİZ

ABŞ-ın son erməni təxribatlarından öncədən xəbərdar olması ilə bağlı iddiaları kimlər və niyə yayır? - ANALİZSon günlər erməni separatçılarının Azərbaycanla sərhəddə təxribatlar törətməsi dünyanın diqqət mərkəzindədir. Bir çox siyasi analitiklər bu təxribatların arxasında xarici qüvvələrin, xüsusən də sülh müqaviləsinin imzalanmasının əleyhinə olan dövlətlərin dayandığını iddia edirlər. Bəzi ekspertlər isə ABŞ kimi nəhəng ölkələrin bu təxribatlardan öncədən xəbərdar olduğunu dilə gətirirlər. Doğrudur, bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması, eləcə də Cənubi Qafqazda sabitliyin yaranması Rusiya və İran kimi ölkələrə sərf etmir. Çünki belə halda Rusiyanın Cənubi Qafqazdakı varlığı sual altına düşə, İranın kommunikasiya əlaqələri isə zəifləyə bilər.
Amma ABŞ-ın regionda sülhə maraqlı olması bir sıra arqumentlərlə özünü doğruldur. Birincisi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması fonunda Rusiyanın Cənubi Qafqazdakı varlığına son qoyulması birbaşa ABŞ-ın maraqlarına cavab verir. İkincisi, illərdir İranla düşmən olan ABŞ-a rəsmi Tehranı regiondakı bütün layihələrdən uzaq tutmaq tamamilə sərf edir. Amma rəsmi Vaşinqtonun son erməni təxribatlarından xəbərdar olması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Birincisi, ona görə ki, ABŞ-a Bakı və İrəvan arasında münasibətlərin pisləşməsi sərf etmir. Vaşinqton görüşündə tərəflərin sülh istiqamətində danışıqlara cəlb olunması belə düşünməyə əsas verir. Digər tərəfdən, ABŞ xeyli müddət öncə erməni təxribatı baş verəndə və müəyyən müddət davam edəndə öz vətəndaşlarına Azərbaycan-Ermənistan sərhədindən uzaq durmağı tövsiyə etmişdi. Yəni bu çağırışın indiki təxribatlarla heç bir əlaqəsi yoxdur. Digər tərəfdən, bu kimi iddiaların heç bir mənbəyi yoxdur və fakta söykənməyən xəbərlərin tirajlanması bəzi qüvvələrə sərf edir. Məsələn, İran və Rusiya indiki vəziyyətdə diqqəti öz üzərlərindən yayındırmaq üçün ABŞ-ın bu təxribatlardan xəbərdar olması ilə bağlı iddiaları ortaya ata bilər. Bununla da, rəsmi Vaşinqtonun baş verənlərdə günahlandırılması tam da Kremlin maraqlarına cavab verir.
Hər bir halda təxribatlar Azərbaycan ərazisində baş verir və bizim hərbçilərimiz bundan ziyan görür. Doğrudur, düşmənin təxribatı şanlı ordumuz tərəfindən layiqincə dəf edilir və separatçılara ağır zərbələr vurulur. Amma bu təxribatların birdəfəlik dayanması üçün antiterror əməliyyatlarının keçirilməsinə ciddi ehtiyac yaranıb. Çox güman ki, rəsmi Bakı tezliklə öz ərazisindəki erməni separatçılarını məhv etmək üçün antiterror əməliyyatlarına başlayacaq və düşmənin revanş cəhdlərinin qarşısı birdəfəlik alınacaq.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 16 iyun 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün sonxəbərlər bugünki xəbərlər xeberler bugun