ABŞ-ın Türkiyəyə satmaqdan imtina etdiyi "F-35"lərlə bağlı GİZLİ FAKTLAR üzə çıxdı
ABŞ-ın Türkiyəyə satmaqdan imtina etdiyi beşinci nəsil döyüş təyyarəsi "F-35"lərlə bağlı yeni faktlar üzə çıxıb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, "F-35"lərin inventarda olan xərcləri və ALIS sistemindən (avtomatik logistik məlumat sistemi) qaynaqlanan təhlükəsizlik problemi həm layihənin ortağı, həm də alıcı ölkələri narahat edir.
"F-35"lərin "ağıllı telefon"lardan heç bir fərqinin olmadığını deyən ekspertlər təyyarələrə bütün nəzarətin ABŞ-da olacağına diqqət çəkirlər. "F-35"in ALIS sistemini digər ölkələri istehsalçı tərəfdən – ABŞ-dan asılı vəziyyətə salan proqram olaraq qiymətləndirən mütəxəssislər bu sistem qüvvədə olduğu müddətcə sözügedən qırıcıların Amerikanın istəyi xaricində heç bir məqsəd üçün istifadə edilə bilməyəcəyini söyləyirlər. Yəni ABŞ istəsə, qırıcıların istifadəsinə məhdudiyyətlər qoya biləcək.
Sinqapur Hərbi Hava Qüvvələrinin bu mövzuda hazırladığı hesabat da diqqət çəkir. Hesabatda ABŞ-ın bütün "F-35"ləri ALIS sistemi ilə izlədiyi və istədiyi zaman bunlara müdaxilə etmək imkanının olduğu üzə çıxıb.
"F-35"lərdə risklərin olduğunu düşünən Almaniya, Fransa və İspaniya bu layihəyə qatılmaqdan imtina edib. Layihənin tərəfdaşlarından biri olan Kanada "F-35"lərin istehsalında iştirak etsə də, inventarına daxil etmək fikrində olmadığını açıqlayıb. F-35 layihəsinin digər ortağı İngiltərə 138 ədəd "F-35" sifarişindən 90-nı ləğv edəcəyini və yalnız 48-ni alacağını açıqlayıb.
Layihənin tərəfdaşlarından olan İtaliya "F-35" döyüş təyyarəsi proqramındakı fəaliyyətini davam etdirəcəyini açıqlasa da, ölkədə bununla bağlı qızğın müzakirələr gedir. İsveç də "F-35" almaqdan imtina edib.
"F-35"lərdəki texniki problemlər də diqqət çəkir. Qırıcıların tam güclə kütləvi istehsalının COVID-19 və texniki çətinliklər səbəbindən qeyri-müəyyən müddətə təxirə salındığı açıqlanıb. Yanvar ayında ABŞ Müdafiə Nazirliyinin Test və Qiymətləndirmə Bürosu "F-35"lərdə 871 qüsur aşkar edildiyini açıqlayıb.
Bildirilib ki, bu çatışmazlıqlardan 10-u pilotların təhlükəsizliyini təhlükə altına ala və hərbi əməliyyatların səmərəliliyini aşağı sala biləcək qədər əhəmiyyətlidir. İndiyədək üçü ABŞ-dan və biri Yaponiyadan olmaqla ümumilikdə dörd "F-35" təyyarəsi qəzaya uğrayıb.
Xidmetler [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm