ABŞ İran təhlükəsinə qarşı Azərbaycana kömək edə bilər? - Metyu Brayzadan AÇIQLAMA
"Keçmişə baxanda indiki situasiya həyəcan siqnalı çalınacaq səviyyədə görünür. Azərbaycanla İran arasındakı hazırki gərginlik ciddidir".
KONKRET.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri, Birləşmiş Ştatların ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Azərbaycan İran arasındakı son durumu şərh edərkən deyib.
Metyu Brayza deyir ki, İran sərhədə qoşun yığmaqla Azərbaycan xalqını qorxutmaq istəyir: "İran bununla demək istəyir ki, İkinci Qarabağ müharibəsindəki qələbənizdən ruhlanmayın. Həm də İrandakı etnik azərbaycanlıları da qorxutmaq istəyir".
Azərbaycan parlamentinin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cinayətində İranın rolunun olması barədə iddialara gəlincə, amerikalı diplomat deyir ki, bu versiya təsdiqini taparsa, gərginlik artacaq: "İranın bu qəsdin arxasında olub-olmamasını deyə bilmərəm. Lakin bu təsdiqlənərsə, gərginlik dramatik şəkildə artacaq və son dərəcə ciddi təxribatlar olacaq".
"İran təhlükəsinə qarşı ABŞ Azərbaycan üçün nə edə bilər" sualına Brayza belə cavab verib: "ABŞ hansısa xüsusi kömək edərmi, bu, inandırıcı deyil. Yəni, ABŞ borclu deyil ki, hansısa ölkəni İrandan qorusun. Amma Azərbaycan hökuməti istəyərsə, İran təhlülkəsinə qarşı Birləşmiş Ştatlarla işbirliyi qura bilər".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir