"ABŞ İrana hücum etsə, Azərbaycan bu böhranla üzləşəcək" - DƏHŞƏTLİ SSENARİ
İran ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə "CNN" məlumat yayıb. Məlumata görə, İranın ali lideri Əli Xomenei ölkənin Silahlı Qüvvələrininin yüksək hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı göstəriş verib. Bəs görəsən, bu, ABŞ və İran arasında müharibənin başladığını deməyə əsas verirmi? Müharibə olsa, bu, regiona, xüsusən də Azərbaycana necə təsir göstərəcək?
Mövzunu KONKRET.az-a politoloq Asif Nərimanlı şərh edib:
"İran ordusunun hazır vəziyyətə gətirilməsi, müharibənin başlanması demək deyil. Bu, iki məqsədə hesablanıb. Birincisi, mümkün hərbi müdaxiləyə hazırlıq xarakteri daşıyır. Bununla İran mesaj verir ki, ABŞ-a tabe olmayacaq və sona kimi döyüşəcək. Amma indiki halda müharibənin başlanacağı real deyil. Çünki bu, Tramp administrasiyasının siyasətinə uyğun gəlmir. Tramp münaqişələrin və müharibələrin dayandırılması vədi ilə hakimiyyətə gəlib. Hazırda Ukraynada bunu etməyə çalışır. Digər tərəfdən, daha çox iqtisadi maraqlar və qazanc üzərində siyasət aparmaq niyyətindədir. Odur ki, İranda müharibəyə başlamaqla iqtisadi itkilərlə üzləşmək istəmir. Müharibə ehtimalını gündəmə gətirməsi isə Tehrana təzyiq xarakteri daşıyır. Bununla da İranı nüvə sazişinə razı salmağa çalışır. Hesab edirəm ki, hərbi variant son ana qədər tətbiq edilməyəcək. Hərçənd gərginlik davam edə bilər. İranın yeni nüvə müqaviləsinə razılaşması da mümkündür. Çünki İran zəifləyib və hərbi müdaxilə ilə üzləşmək istəmir. Ancaq eskalasiya genişlənsə, bu, regiona və Azərbaycana ciddi təsir göstərəcək. Çünki Güney Azərbaycandakı soydaşlarımızın təhlükəsizliyi gündəmə gələcək. Müharibə qaçqın axını ilə nəticələnə və humanitar böhrana yol aça bilər".
Müşviq Tofiqoğlu
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir