ABŞ İranla danışıqlarda başqa ssenarilərə hazırlaşır
ABŞ-ın İranla davam edən danışıqlar nəticəsində razılığa gəlib-gəlməyəcəkləri məlum deyil.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib:
"Həqiqət budur ki, biz son aylarda Vyanada P5+1 (BMT-nin beş daimi üzvü və Almaniya) kontekstində əhəmiyyətli irəliləyiş əldə etmişik, lakin sazişi tamamlaya bilməmişik və bu qeyri-müəyyən olaraq qalır".
Departamentinin sözçüsü ABŞ-ın 2018-ci ildə geri çəkildi İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planı (OKEP) razılaşmasına dolayı yolla qayıtmaq üçün İranla aparılan danışıqlara da toxunub:
"Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla OKEP-in olmadığı bir ssenariyə hazırlaşırıq və onun tələblərini yerinə yetirəcək başqa taktika və digər yanaşmalara əl atmalı olacağıq. Prezident Bayden açıq şəkildə bildirdi ki, İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verilməyəcək".
Qeyd edək ki, Keçmiş prezident Barak Obamanın 2015-ci ildə imzaladığı OKEP-dən, Donald Tramp 2018-ci ildə çıxdı.
2021-ci ilin yanvarında ABŞ prezidentliyinə gələn Co Baydenin ilk fəaliyyətlərindən biri nüvə sazişinə qayıtmaq üçün dolayı yolla İranla danışıqlara başlamaq oldu. Lakin hələlik razılıq əldə olunmayıb.
iqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib