ABŞ-la İran arasında müharibə qaçılmazdır - SORĞU
ABŞ xalqının 71%-i bir neçə ilə ərzində İranla müharibənin qaçılmaz olduğuna inanır.
Publika.az xəbər verir ki, bu barədə "Röyters" informasiya yayıb.
"Röyters/Aypos" tərəfindən iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra aparılan anket sorğusunun nəticəsinə əsasən, Amerika xalqının dörddən-üçü ABŞ-la İran arasındakı gərginliyin müharibəyə çevriləcəyini düşünür.
Sorğuya qatılan hər 10 respublikaçıdan 7-i müharibə ehtimalı üzərində dayanır. Demokratçıların 77%-i də eyni mövqeyi paylaşır.
ABŞ xalqının sadəcə 17%-i müharibə olacağına inanmır. 5%-i isə ümumiyyətlə, müharibə başlayacağını cəfəngiyyat adlandırır.
Bundan başqa, sorğuya qatılanların 53%-i ABŞ prezidenti Donald Trampın İran siyasətini dəstəkləmir. Hər 10 nəfərdən 4-ü İranın ABŞ üçün böyük təhdid olduğunu düşünür.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək