ABŞ lideri məyus olub: İsrail Trampın hədiyyəsini vermədi
İsrail hakimiyyəti ABŞ prezidenti Donald Trampa təqdim olunacaq İsrail Mükafatının verilməsini təxirə salıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
Bildirilir ki, rəsmi Təl-Əviv Trampın mükafatı şəxsən qəbul etməsini istəyir. Lakin onun İsrailə səfəri və ya mərasimdə onlayn iştirakının planlaşdırılmaması səbəbindən təqdimatın daha sonraya keçirilməsi qərara alınıb. Mükafatın Trampın mümkün İsrail səfəri zamanı təqdim olunacağı qeyd olunur.
Məlumata görə, bu səbəbdən məşhur israilli müğənni Noa Kirelin mərasimdə iştirakı da təxirə salınıb. O, ABŞ prezidentinin şərəfinə çıxış etməli idi və hətta Trampın nəvələri ilə birgə səhnə performansı variantı da nəzərdən keçirilirdi.
Ağ Ev Trampın İsrailə səfərinin ləğv edilməsi ilə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, Yaxın Şərqdə baş verən hadisələr fonunda belə bir səfərin baş tutma ehtimalının aşağı olduğu bildirilir.
Qeyd edək ki, ötən ilin sonunda İsrailin təhsil naziri Yoav Kiş Donald Trampa ölkənin ən yüksək dövlət mükafatı olan İsrail Mükafatının verildiyini açıqlamışdı. Bu qərar mükafat komitəsi tərəfindən qəbul olunub və Tramp üçün "yəhudi xalqına xüsusi töhfəyə görə" adlı xüsusi kateqoriya təsis edilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK