ABŞ miqrasiya siyasətini SƏRTLƏŞDİRİR
ABŞ Daxili Təhlükəsizlik Departamenti fevralın 21-də immiqrasiya qanunlarına düzəlişlər təklifi dərc edib. Bu, bir sıra qeyri-qanuni miqrantların ABŞ-da sığınacaq üçün müraciət etmələrini qadağan edəcək.
KONKRET.az "Politico"ya istinadən xəbər verir ki, yeni miqrasiya qaydaları mayın 11-dən qüvvəyə minəcək.
Belə ki, 2020-ci ildə COVID-19 pandemiyasının başlaması fonunda keçmiş prezident Donald Trampın administrasiyası tərəfindən tətbiq edilən 42-ci bölmə fəaliyyətini dayandıracaq.
Qeyd edək ki, bu qanun Nikaraqua, Kuba və Haitidən olan miqrantların ABŞ-Meksika sərhədini qeyri-qanuni keçdikləri halda, onların ölkə ərazisindən tez bir zamanda çıxarılmasına icazə verir.
Prezident Co Bayden administrasiyası rəsmilərinin sözlərinə görə, Daxili Təhlükəsizlik Departamentinin təklifləri cənub sərhədində asayişin təmin edilməsinə yönəlib.
Bildirilib ki, yeni miqrasiya qaydaları insan haqları cəmiyyətinin digər üzvləri tərəfindən tənqid edilib.
Qeyd edək ki, 2022-ci il ABŞ üçün miqrasiya böhranının həllində ən çətin illərdən biri olub. 2022-ci ilin iyun ayında Texas ştatının San Antonio şəhərinin kənarında tərk edilmiş yük maşınında 46 qeyri-qanuni miqrantın cəsədi tapılıb.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir