ABŞ ordusunun veteranları Özbəkistana görə Pentaqonu MƏHKƏMƏYƏ VERDİ

ABŞ ordusunun veteranları Özbəkistana görə Pentaqonu MƏHKƏMƏYƏ VERDİABŞ ordusu veteranlarının maraqlarını təmsil edən qruplar Özbəkistandakı "Qarşi-Xanabad" aviabazasında hərbi qulluqçuların yerləşdirilməsi zamanı xərçəng və digər xəstəliklərə səbəb olan zəhərli maddələr haqqında məlumatların açıqlanmasını tələb edərək Müdafiə Nazirliyini məhkəməyə verib.
KONKRET.azxarici mətbuata istinadən xəbər verir ki, iddia aprelin 3-də Konnektikut ştatının federal məhkəməsində qaldırılıb.
Şikayətçilər Pentaqonu ABŞ hərbçilərinin olduğu (2001-2005-ci illər) K2 kimi tanınan "Qarşi-Xanabad" aviabazasında yerləşən təhlükəli materiallar, o cümlədən uran, kimyəvi silahlar və asbest haqqında məlumatları gizlətməkdə ittiham edirlər.
İddiaya görə, hovuzlarda olan zəhərli maddələr əsgərlərin huşunu itirməsinə səbəb olub.
Qeyd olunub ki, bazada ən azı 15 800 hərbi qulluqçu xidmət edib, onların xəstələnmə və ölüm göstəriciləri adi haldan xeyli yüksək olub.
Xanabadda xidmət edən və hazırda "Stronghold Freedom" fondunun icraçı direktoru olan Mett Erpeldinqin sözlərinə görə, 2015-ci ildə aparılan ilkin hərbi araşdırmalar K2 veteranlarının başqa yerlərə göndərilən hərbi qulluqçularla müqayisədə xərçəng xəstəliyinə tutulma ehtimalının beş dəfə çox olduğunu müəyyən edib.
O bildirib ki, hərbçilərin səhhətində problemlər Qarşidəki bazaya gəldikdən az sonra başlayıb.
Erpeldinq qeyd edib ki, K2-də xidmət edən və rəhbərlik etdiyi fondun üzvü olan ən azı 75 nəfər 2012-ci ildən 2020-ci ilə qədər vəfat edib. 2020-ci ildə 2 min K2 veteranı arasında aparılan tədqiqatda 491 xərçəng hadisəsi də daxil olmaqla, təxminən 1900 xəstəlik müəyyən edilib.
Açılan iddia ərizəsində Özbəkistan aviabazasındakı zəhərli maddələr barədə məlumat tələb olunur ki, xəstə veteranlar dəqiq tibbi diaqnoz və müalicə ala bilsinlər.
Qeyd edək ki, Özbəkistanın cənubundakı Xanabad aerodromundan 2001-ci ilin oktyabrından 2005-ci ilin noyabrına qədər ABŞ-ın hava bazası kimi istifadə edilib. İlk Amerika təyyarələri 11 sentyabr hücumlarından bir ay sonra Özbəkistanın cənubuna enib. Aviabaza "Əl-Qaidə" və qonşu Əfqanıstanda yerləşən radikal "Taliban" yaraqlılarına görə, ABŞ qüvvələri üçün logistika mərkəzi rolunu oynayıb. 2005-ci ilin mayında baş verən Əndican hadisələrindən sonra Özbəkistan hökuməti amerikalılardan Xanabadı tərk etməyi tələb edib.
İqbal Rzayev,
KONKRET.az

Hadisə       Tarix: 11 aprel 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler