ABŞ prezidentliyinə namizədin Rusiyanın dostu olduğu ÜZƏ ÇIXDI
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, iş adamı Vivek Ramasvami 2024-cü ildə dövlət başçısı vəzifəsinə seçiləcəyi təqdirdə, Ukrayna ərazilərini Rusiyanın bir hissəsi kimi tanıyacağına, sanksiyaları ləğv edəcəyinə və Kiyevin NATO-ya namizədliyinin qarşısını alacağına söz verib.
KONKRET.azxəbər verir ki, bu barədə Ramasvami Amerika Mühafizəkarlar jurnalında öz köşə yazısında qeyd edib.
O bildirib ki, yaxşı sövdələşmə bütün tərəflərin bundan müəyyən fayda əldə etməsini saxlayır
"Rusiyanın işğal olunmuş ərazilər üzərində nəzarətini qəbul edəcəyəm və Rusiyanın Çinlə hərbi ittifaqdan çıxması müqabilində Ukraynanın NATO-ya üzvlüyünə mane olacağıma söz verirəm. Sanksiyaları dayandırıb Rusiyanı yenidən dünya bazarına qaytaracağam", – Ramasvami öz köşə yazısında yazıb.
O qeyd edib ki, ABŞ-ın Çinə qarşı axmaq və səhv siyasəti Pekin və Moskvanı Vaşinqton üçün "təhdid yaradan istiqamətdə birgə işləməyə vadar edib.
"Mən 2025-ci ildə Moskvaya gedəcəm. Əhəmiyyət verməli olduğumuz yeganə şərtlərlə Ukraynaya sülh gətirəcəyəm. Eyni zamanda, bu şərtlər Amerikanın maraqlarını birinci yerə qoyacaq", – deyə respublikaçı əlavə edib.
Burhan,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ