Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?

Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir.
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə çatmasını nəzərdə tutan "Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda binaların enerji səmərəliliyinin artırılması əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Atılacaq addımlardan biri də yüksək performanslı istilik izolyasiya materiallarının tətbiqi və binalarda enerji istehlakının azaldılmasıdır. Bu hədəflər sovet dövründən qalma, istilik itkisi yüksək olan yaşayış binalarının modernləşdirilməsi məsələsini də gündəmə gətirir.
İstismar müddətini başa vurmuş "xruşşovka"ların izolyasiyası texniki və iqtisadi baxımdan nə dərəcədə səmərəlidir? Köhnə binaların enerji səmərəliliyinin artırılması onların sökülməsinin təxirə salınması deməkdir, yoxsa bu tədbirlər yalnız bərpası mümkün olan tikililərə şamil edilməlidir?
azxeber.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
Binaların sökülməsi qərarı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, strategiyaya əsasən, 2060-cı ilədək bütün mövcud və yeni binaların optimal istilik izolyasiyasına malik olması nəzərdə tutulur. Bu məqsədlə müasir istilik izolyasiya materiallarının, təkmilləşdirilmiş izolyasiya sistemlərinin və ikiqat şüşəli pəncərələrin tətbiqi planlaşdırılır:
"Bu tədbirlər binalarda istilik itkilərini və isitmə-soyutma üçün enerji istehlakını azaltmağa xidmət edəcək".
Həmçinin bildirilib ki, strategiyada nəzərdə tutulan izolyasiya tədbirləri bütün mövcud binaların mütləq saxlanılması və ya söküntü planlarının təxirə salınması demək deyil. Binaların saxlanılması, yenidən qurulması və ya sökülməsi ilə bağlı qərarlar onların texniki vəziyyəti, təhlükəsizlik tələbləri, təsdiq edilmiş şəhərsalma sənədləri və qüvvədə olan qanunvericilik əsasında qəbul edilir.
"Kommunal xərcləri azalda bilər"
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən də bildirildi ki, 2060-cı il hədəfləri istismar müddətini başa vurmuş və ya texniki baxımdan yararsız vəziyyətdə olan bütün binaların saxlanılmalı olduğu anlamına gəlmir:
"Enerji səmərəliliyinin artırılması ilə yaşayış fondunun yenilənməsi paralel aparılmalı, hər binanın gələcəyi onun texniki vəziyyəti və iqtisadi məqsədəuyğunluğu əsasında müəyyən edilməlidir. İlk növbədə, mövcud yaşayış fondunun texniki vəziyyəti kompleks şəkildə araşdırılmalıdır. Nəticələrə əsasən, hansı binalarda təmir və istilik izolyasiyasının kifayət edəcəyi, hansılarda əsaslı yenidənqurmaya ehtiyac olduğu, hansılarının isə sökülməsinin məqsədəuyğun sayıldığı müəyyən edilə bilər. Texniki cəhətdən yararlı binalarda fasadların izolyasiyası, pəncərələrin yenilənməsi, istilik sistemlərinin təkmilləşdirilməsi enerji sərfiyyatını və kommunal xərcləri azalda bilər".
Cəmiyyətin mövqeyinə görə, enerji səmərəliliyinin artırılması xərclərinin bütün mənzil sahiblərinin üzərinə qoyulması xüsusilə yüksək təmir xərclərini qarşılamaq imkanı olmayan ailələr üçün çətinlik yarada bilər:
"2060-cı ilədək bütün mövcud və yeni binaların optimal istilik izolyasiyası ilə təmin olunması hədəfi köhnə tikililərin söküntüsü ilə bağlı qərarların avtomatik dəyişməsi demək deyil. Yaxın gələcəkdə sökülməsi nəzərdə tutulan binaya böyük vəsait hesabına izolyasiya tətbiq etmək iqtisadi baxımdan səmərəsiz ola bilər. Digər tərəfdən, texniki cəhətdən yararlı binaların modernləşdirilməsi məqsədəuyğun həll sayıla bilər".
"Şəffaf maliyyələşdirmə modeli tələb edir"
Memar Muxtar Ərturanın sözlərinə görə, bu təşəbbüs enerji səmərəliliyinin artırılması və kommunal xərclərin azaldılması baxımından mühüm addımdır:
"Lakin bütün köhnə binalara eyni texniki yanaşmanın tətbiqi düzgün olmaz. Mövcud yaşayış fondu texniki və enerji auditi əsasında qiymətləndirilməli, binaların konstruktiv vəziyyəti, istilik itkiləri, fasadları, dam örtüyü və mühəndis sistemləri araşdırılmalıdır. Konstruktiv vəziyyəti qənaətbəxş olan "xruşşovka"ların istilik izolyasiyası texniki baxımdan səmərəli ola bilər. Düzgün layihələndirilmiş izolyasiya istilik itkilərini azalda, mənzillərdə komfortu yaxşılaşdıra və enerji istehlakına qənaət etməyə imkan verə bilər. Bununla belə, izolyasiya materialının yanğın təhlükəsizliyi, bərkidilmə sistemi, rütubət rejimi və havalandırma düzgün hesablanmalıdır. Əks halda, kondensasiya və kif yaranması kimi problemlər ortaya çıxacaq".
M.Ərturanın fikrincə, istilik izolyasiyası binanın enerji göstəricilərini yaxşılaşdırsa da, köhnəlmiş betonun möhkəmliyini bərpa etmir, armatur korroziyasını aradan qaldırmır və seysmik dayanıqlılığı artırmır:
"Daşıyıcı konstruksiyalarda ciddi problemlər olduqda, ilk növbədə texniki qiymətləndirmə aparılmalı və zəruri gücləndirmə tədbirləri görülməlidir. "Xruşşovka"ların saxlanılması və ya sökülməsi yalnız binanın yaşına görə müəyyən edilməməlidir. Konstruktiv təhlükəsizlik, seysmik dayanıqlılıq, bərpa imkanları və iqtisadi məqsədəuyğunluq əsas götürülməlidir. Belə genişmiqyaslı proqramın həyata keçirilməsi dövlətin, özəl sektorun və mənzil mülkiyyətçilərinin iştirakını nəzərdə tutan şəffaf maliyyələşdirmə modeli tələb edir".
"Bu binaların istismarı 100 ilədək nəzərdə tutulur"
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov isə düşünür ki, "xruşşovka"ların hamısının 2060-cı ilədək saxlanılması real görünmür:
"Bu binaların bir çoxu artıq 60 ildən çoxdur istismar olunur, bəziləri isə qəzalı və ya yarımqəzalı vəziyyətdədir. Buna görə də onların əksəriyyətinin gələcəkdə söküləcəyini düşünürəm. Doqquzmərtəbəli binaların istismar müddəti bəzi hallarda 100 ilədək nəzərdə tutulur. Bununla belə, onların gələcək taleyi də texniki vəziyyətindən asılı olacaq. 1970-ci illərdən sonra inşa edilmiş binaların bir hissəsi isə 2040-2050-ci illərədək istismar oluna bilər. Bu binalarda fasadların yenilənməsi, istilik izolyasiyasının yaxşılaşdırılması və enerji səmərəliliyini artıran digər tədbirlərin həyata keçirilməsi mümkündür".

Sosial       Tarix: 08 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bütün risklər gözə alındı: Hesab ödəmə vaxtıdır - Benzin, İranla müharibə, sonu görünməyən böhran

Donald Tramp böyük oynamağı sevir. Miqyaslı qərarlar, sərt bəyanatlar, kəskin danışıqlar və maksimum risklər… Lakin böyük siyasətin xoşagəlməz bir xüsusiyyəti var: bəzən geosiyasi ambisiyaların hesabını prezident yox, ad

Pensiyalar bu qədər artacaq - Rəqəm açıqlandı

"Prezident İlham Əliyev 2 oktyabr 2026-cı ildə keçirilən YAP-ın VII qurultayında qarşıdakı il üçün ölkədə sosial siyasətin daha da təkmilləşdirilməsi, əhalinin rifahının yüksəldilməsinə yönəldilən tədbirlərin genişləndirilməsini

Bu torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

Xüsusi və dövlət mülkiyyətində olan torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq. KONKRET.azxəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, hüquqi və fiziki şəxsləri

Köhnə binalardakı mənzillərin qiyməti qalxdı

Bakı şəhərində köhnə tikili mənzillər 2026-cı ilin oktyabrında ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 10,8 faiz bahalaşıb. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) daşınma

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı–Bilgəh avtomobil yolunun Buzovna dairəsinin altında yerləşən yol qovşağında bu gün saat 12:00-dan etibarən 90 m³-lik nasosxana anbarının təmizlənməsi işləri aparılacaq. xəbər veri

Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında

Qanunvericilikdə nəzərdə tutulan sosial təminatların həyata keçirilməsi zamanı bəzi hallarda problemlər yaranır. Valideyn himayəsindən məhrum olmuş, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil ala

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə

Çinlə Azərbaycanın ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb

Çin-Azərbaycan əməkdaşlığında müsbət dinamika müşahidə olunur. KONKRET.azteleqraf-a istinadla xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib. Səfir bildirib ki, qarşılıqlı siyasi etimadı

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat verib. "Hazırda Bakıda müşahidə edilə


azerbaycan xeberleri yeni xeberler son xeberler xabarlar krimnal xeber son xəbərlər azərbaycanda qurban bayrami 2026