Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ

Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ"Pərakəndə satışda müştərinin alış qərarına birbaşa təsir edən və onları alış-verişə təhrik edən əsas vitrin zonaları mövcuddur. Bu zonalar düzgün planlaşdırıldıqda mağazanın dövriyyəsini və orta səbət məbləğini əhəmiyyətli dərəcədə artırır".
KONKRET.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında marketoloq Saday Əliverdiyev bildirib.
Ekspertin sözlərinə görə, girişə yaxın olan işlək və hərəkətli hissələr müştəri axınının idarə olunmasında əsas rol oynayır:
"Alıcının rahat hərəkət etdiyi və məhsulları dərhal görərək sürətli alış-verişə başladığı zonalar mövcuddur. Həmçinin günlük tələbat məhsullarının yanındakı hissələrdə diqqət çəkmək istədiyimiz xüsusi məhsullar yerləşdirilir ki, alıcı vaxt ayırdığı zaman onları da nəzərdən keçirsin.
İnsanların növbə gözlədiyi, ödəniş etdiyi kassa önü isə ən mühüm strateji nöqtədir. Satışın ən sürətli baş verdiyi və artırılması hədəflənən məhsullar məhz burada nümayiş olunur".
Ekspert qeyd edib ki, mağazaların ölçüsündən asılı olaraq həyata keçirilən kassa önü kampaniyaları olduqca uğurlu nəticələr verir:
"Buradakı məhsullar yüksək və ya aşağı marjalarına görə deyil, tamamilə impulsiv tələbat prinsipi ilə seçilir. Məqsədimiz satışını sürətləndirmək istədiyimiz məhsul çoxluqlarını və yeni gəlmiş malları tanıtmaq, kassir əməkdaşların fərdi təklifləri (Bu məhsulumuz endirimdədir, yenidir, istəyərsinizmi?) vasitəsilə müştərini həvəsləndirməkdir. Eyni zamanda, "iksiini alana bir hədiyyə" kimi kampaniyalar və ya məbləği müəyyən həddə (məsələn, 20 manata) tamamlayanlara əlavə hədiyyələr təqdim edirik.
Pərakəndə mağazaların əsas hədəfi kassaya 25 manatlıq səbətlə yaxınlaşan müştərini əlavə məhsullara təşviq edərək bu məbləği 30-35 manata çatdırmaqdır. Kassa önü bu taktikanın ən vacib alətidir. Ayın sonu hesabatlarında hər hansı məhsulun gözlənilən satışı verməməsi, əslində, həmin məhsulun özündə bir problemin olduğundan xəbər verir".
Saday Əliverdiyev vurğulayıb ki, bu cür marketinq taktikalarından tamamilə imtina etmək nə mümkün, nə də zəruridir:
"Ümumiyyətlə, bu cür marketinq taktikalarından tamamilə imtina etmək mümkün deyil və buna ehtiyac da yoxdur. Çünki bu, həm biznesin inkişafı, həm də müştərinin rahatlığı üçün faydalı mexanizmdir. Kassa önündə adətən saqqız, kibrit, şokolad kimi sürətli istifadə olunan günlük tələbat malları və xüsusi seçilmiş məhsullar yer alır. Müştəri onsuz da ehtiyacı olmayan və ya istəmədiyi bir şeyi məcburiyyətdən almır. Əgər həmin anda məhsula qarşı ehtiyac yaradıla bilirsə, demək ki, bu, həm alıcı üçün faydalı, həm də marketinq baxımından uğurlu bir yanaşmadır".

Sosial       Tarix: 08 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,62 dollar və ya 0,58% artaraq 107,46 ABŞ dolları olub. Qeyd edək ki, ötən gü

İki gündür axtarılan 12 yaşlı qız tapıldı

Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı Mələk İmanova tapılıb. APA-ya istinadən xəbər verir ki, bu barədə azyaşlının yaxınları məlumat veriblər

Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir

İtaliyanın ən zəngin və bahalı şəhərlərindən biri olan Milanda paradoksal vəziyyət yaranıb: insanlar işləyir, maaş alır, lakin ayın sonunda ən zəruri ehtiyaclarını belə qarşılamaqda çətinlik çəkirlər. Hətta bəzi işləyən sakinlə

2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vüqar Bayramov işğaldan azad edilmiş ərazilərdə 2027-ci ildə kütləvi məskunlaşmanın planlaşdırıldığını və hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdunda evin təkli

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. xəbər verir ki, Polad Həşimovun bacısı Həşimova Kəmalə xanımla əlaqə saxlayıb, anasının səhhəti il

Azərbaycanın iqtisadi modelində dəyişiklik ZƏRURƏTƏ çevrilir – XƏBƏRDARLIQ

"Azərbaycanda son illər tətbiq olunan iqtisadi model artıq effektivliyini itirib. Bu modelin dəyişmədən davam etdirilməsi uzunmüddətli perspektivdə ölkənin iqtisadi dayanıqlılığı üçün ciddi risklər yaradır. Biz təxminə

Jurnalist Elnur Şükürov həbs edildi

Jurnalist Elnur Şükürov həbs edilib. APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsini

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı–Bilgəh avtomobil yolunun Buzovna dairəsinin altında yerləşən yol qovşağında bu gün saat 12:00-dan etibarən 90 m³-lik nasosxana anbarının təmizlənməsi işləri aparılacaq. xəbər veri

MKA: "Android TV box" cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) Azərbaycanda satılan bəzi "Android TV box" cihazlarında "BADBOX 2.0" botnet kampaniyasına aid zərərli komponentlərin aşkarlanması barədə xəbərdarlıq edir. Mill


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son durum xəbərlər sonxeber az xeber az