ABŞ qorxulu raketini sınaqdan keçirdi
ABŞ Hərbi Dəniz Qüvvələri "Trident II" ballistik raketini döyüş başlığı olmadan sınaqdan keçirib.
Publika.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətindən verilən məlumata görə, raket Kaliforniyanın San-Dieqo şəhərinin sahilindəki "Ohayo" sinifli "USS Maine" sualtı qayığından (SSBN-741) atılıb.
Hərbi Dəniz Qüvvələrinin qeyd etdiyi kimi, strateji silah sisteminin etibarlılığı və düzgünlüyünü qiymətləndirmək üçün mütəmadi olaraq sınaqlar keçirilir. "Trident II" gözlənilən sistem performansını təsdiqləyib, raketin etibarlılığı və dəqiqliyi, həmçinin xüsusiyyətləri haqqında əlavə məlumat əldə edilib.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələri son olaraq 2019-cu ilin sentyabrında "Trident II" raketlərinin planlaşdırılmış dörd sınağını keçirmişdi. Raketlər 2024-cü ilədək istifadə üçün nəzərdə tutulmuşdu. Onlar təkmilləşdirildikdən sonra istifadə müddəti 2040-cı illərə qədər uzadılıb. /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi