ABŞ qoşunları Əfqanıstandan çıxarılır - Tarix AÇIQLANDI
ABŞ Prezidenti Cozef Bayden əkiz qüllələrə edilən hücumun 20-ci ildönümü - sentyabrın 1-dək Amerika qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir.
Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək ranqlı nümayəndəsi Əfqanıstandakı vəziyyətə həsr olunan xüsusi brifinqin gedişində bildirib.
"Biz mayın 1-dən heç bir şərt irəli sürmədən Əfqanıstandan qoşunların nizamlı çıxarılması prosesinə başlayırıq və sentyabrın 11-dək ölkədəki bütün amerikalı hərbçiləri çıxarmağı planlaşdırırıq", - deyə o bildirib.
Amerika icra hakimiyyətinin nümayəndəsi, həmçinin qeyd edib ki, Vaşinqton "Taliban" hərəkatını amerikalı hərbçilərə hücumdan çəkinməyə çağırıb.
"Biz "Taliban" hərəkatına qoşunların çıxarılması zamanı amerikalı hərbçilərə edilən istənilən hücuma qətiyyətlə cavab verəcəyimizi bildirmişik", - deyə o əlavə edib.
Vaşinqton administrasiyasının nümayəndəsi ABŞ-ın terrorizmə qarşı mübarizə aparmaq üçün regionda yetərincə hərbi kontingent saxlayacağını da bildirib.
Xatırladaq ki, fevralın 29-da ABŞ və "Taliban" hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. "Taliban" isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək