ABŞ türkmən qazının Azərbaycandan Avropaya nəqlində yaxşı perspektivlər görür
"Bazar konyukturasına əsaslanaraq, Türkmənistan öz qazını Avropa İttifaqına tədarükü üçün çox yaxşı perspektivlərə malikdir".
KONKRET.az xəbər verir ki, bu fikri ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu Aşqabadda olarkən deyib.
"Karyeramın əvvəlində mənim Bakıdakı səfirliyimizdə müvəqqəti işlər vəkili olmaq imkanım oldu. Biz, Azərbaycan tərəfi, Aİ, ABŞ və Türkmənistanla bu barədə danışdıq: Türkmənistan qazının Avropaya çatdırılması imkanları haqqında. 20 ildən çoxdur. İndi isə çox maraqlı məqamdır, çünki qazın qiyməti çox yüksəkdir. Və hesab edirəm ki, Türkmənistan hökumətinin indi bu layihə (Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri – red.) haqqında düşünməsi çox yaxşı olardı" – deyə, o bildirib.
Lu hesab edir ki, ölkədən müxtəlif istiqamətlərdə qaz tədarükü imkanları nə qədər çox olarsa, türkmən xalqı üçün də o qədər yaxşı olacaq:
"Bu, Türkmənistan xalqını təkcə türkmən qazının ən yüksək qiymətləri ilə deyil, həm də etibarlı təchizatla təmin edəcək. ABŞ hər cür kömək etməyə hazırdır, amma biz türkmən qazını almayacağıq, ABŞ-da çoxlu qazımız var".

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var