ABŞ və Azərbaycan prezidentləri arasında telefon zəngi Donald Trampın təşəbbüsü ilə baş tutub

ABŞ və Azərbaycan prezidentləri arasında telefon zəngi Donald Trampın təşəbbüsü ilə baş tutubAvqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
KONKRET.azbildirir ki, "AnewZ"un etibarlı mənbədən əldə etdiyi məlumata görə, zəng Vaşinqton Sülh Zirvəsinin bir illiyi münasibətilə Prezident Donald Trampın təşəbbüsü ilə reallaşıb. 40 dəqiqədən çox davam edən telefon danışığının səmimi və dostluq mühitində keçdiyi bildirilir.
Liderlər Vaşinqton sammitinin bir illiyi münasibətilə məmnunluqlarını ifadə ediblər. Qeyd olunub ki, Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanması regionda münaqişəyə son qoyub və sülhü bərqərar edib.
Prezident İlham Əliyev sammitə ev sahibliyinə və sülh prosesinə dəstəyinə görə Donald Trampa təşəkkür edib. ABŞ Prezidenti də öz növbəsində İlham Əliyevin sülhün əldə olunmasındakı rolunu yüksək qiymətləndirib.
Söhbət zamanı ötən bir ildə regionda sülhün qorunduğu və heç bir insidentin baş vermədiyi vurğulanıb. Tərəflər Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsini, tranzit daşımaların başlamasını və ticarət əlaqələrinin bərpasını müsbət addımlar kimi dəyərləndiriblər.
Dövlət başçıları TRIPP layihəsinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyətini diqqətə çatdırıblar. İlham Əliyev Azərbaycan ərazisində nəqliyyat infrastrukturunun yekunlaşmaq üzrə olduğunu bildirib, Ermənistanda da müvafiq işlərin tezliklə başlayacağına ümid ifadə olunub.
Telefon danışığında ikitərəfli əlaqələr də nəzərdən keçirilib. Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq sənədinin imzalanması tarixi hadisə kimi qiymətləndirilib. Bu sənədin münasibətləri keyfiyyətcə yeni, strateji səviyyəyə qaldırdığı və regionda sabitliyə töhfə verdiyi vurğulanıb.
Dövlətimizin başçısı G20 sammitinə dəvətə görə Donald Trampa minnətdarlığını bildirib.
Sonda Azərbaycan-ABŞ strateji tərəfdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Siyasi       Tarix: 09 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbər son xeber gunun xeberleri son xəbərlər