Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nun rolu, Avropa dövlətlərinin mövqeyi, eləcə də tərəfləri dəstəkləyən qüvvələrin siyasi və strateji maraqları mühüm əhəmiyyət daşıyır. Bu maraqların və diplomatik yanaşmaların fərqli olması danışıqların mürəkkəbliyini artıran əsas amillərdəndir.
Qarşılıqlı təhlükəsizlik təminatları üzrə razılıq atəşkəsin bərpasına və hərbi əməliyyatların dayandırılmasına şərait yarada bilər. Tərəflərin öz öhdəliklərinə əməl etməsi, atəşkəsə nəzarət mexanizmlərinin yaradılması münaqişənin yenidən genişlənməsi riskini azalda bilər".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasında səsləndirib:
"Bununla yanaşı, tərəflər arasında etimadın yaradılması uzunmüddətli və mürəkkəb prosesdir. Çünki Rusiya və Ukraynanın təhlükəsizliklə bağlı gözləntiləri, siyasi məqsədləri və regional təhlükəsizliyə yanaşmaları arasında ciddi fərqlər mövcuddur. Bu səbəbdən əldə ediləcək razılaşmaların konkret öhdəliklərə əsaslanması, onların icrasına nəzarət edilməsi və pozuntulara qarşı aydın mexanizmlərin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bundan əlavə, diplomatik müzakirələrin davam etdirilməsi tərəflər arasında dialoqun qorunmasına, qarşılıqlı anlaşmanın genişlənməsinə və gələcək siyasi həll üçün zəmin yaradılmasına kömək edə bilər. Beynəlxalq vasitəçilərin iştirakı və tərəfləri dəstəkləyən dövlətlərin konstruktiv mövqeyi də bu prosesin irəliləməsinə təsir göstərə bilər.
Reallıq ondan ibarətdir ki, təhlükəsizlik təminatları ərazi məsələləri və digər fundamental fikir ayrılıqlarını avtomatik şəkildə aradan qaldırmır".
Aynurə İsmayıl
KONKRET.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı