ABŞ və İsrail geri dönüşü olmayan yola girdi - Dünya DƏHŞƏT İÇİNDƏ

ABŞ və İsrail geri dönüşü olmayan yola girdi - Dünya DƏHŞƏT İÇİNDƏYaxın Şərqdə cərəyan edən son hadisələr, xüsusilə ABŞ-ın Hörmüz boğazını blokadaya alaraq İran neftinin dünya bazarına çıxışını tamamilə kəsmək cəhdi, regionu "Üçüncü Dünya Müharibəsi"nin astanasına gətirib.
KONKRET.azxəbər verir ki, ABŞ-ın İslamabadda keçirilən danışıqlardakı uğursuzluğundan sonra dəniz blokadasına əl atması, Vaşinqtonun başladığı işi yarıda qoymaq niyyətində olmadığını göstərir. Lakin bu eskalasiyanın nəticələri proqnozlaşdırılandan daha ağır ola bilər. Belə ki, müharibənin gedişində mövqelərini möhkəmləndirən SEPAH rejimi sona qədər müqavimət göstərmək əzmindədir və bu müqavimətin harada bitəcəyini heç kim təxmin edə bilmir. Tehranın tətbiq etdiyi asimmetrik müharibə taktikası ona artıq ay yarımdır ki, tab gətirməyə imkan verir.
ABŞ və İsrailin dəniz blokadasına cavab olaraq İranın Körfəzdəki ərəb monarxiyalarına silsilə zərbələr endirəcəyi gözləniləndir. Bu isə Ağ Evi çətin seçim qarşısında qoyur: ya məğlubiyyəti etiraf edib geri çəkilmək, ya da Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Bəhreyn kimi müttəfiqlərinin on illərdir qurduğu milyardlarla dollarlıq iqtisadi rifahın bir neçə ayda məhvini seyr etmək. Hazırda biz tarixi miqyasda bir dramın şahidiyik və ABŞ-İsrail koalisiyasının Tehranı maliyyə cəhətdən boğma kampaniyası bu dramın final səhnəsi ola bilər. Lakin artıq geri çəkilmək üçün heç bir yol qalmayıb. Çünki Amerikanın regiondan getməsi təkcə beynəlxalq reputasiyanın itirilməsi deyil, həm də dünya bazarında neftin qiymətinin kəskin artması və yaranan boşluğun dərhal Çin tərəfindən doldurulması deməkdir.
Hazırda Ukrayna İrandan qat-qat çox dağıntıya məruz qalıb, mülki infrastrukturu və iqtisadiyyatı sıradan çıxarılıb, lakin heç kim Rusiyanı qalib elan etməyə tələsmir. Eyni məntiq İran üçün də keçərlidir. Bəziləri hesab edir ki, İran artıq məhv edilib, lakin reallıqda ölkənin mülki iqtisadiyyatı — nəhəng avtomobil zavodları (SAIPA, Iran Khodro), tekstil, metallurgiya və energetika sahələri demək olar ki, zərər görməyib. Bu isə o deməkdir ki, ölkə hələ də vergi toplayır, büdcə gəlirlərini qoruyur və SEPAH-ın "atəş halqasını" qidalandırmaq üçün vəsait tapır. Körfəzdə hökmranlıq etmək üçün İrana nəhəng donanma lazım deyil; gündə bir neçə dron və raket buraxmaqla bütün regional ticarəti iflic etmək kifayətdir.
ABŞ üçün hazırda yeganə çıxış yolu müharibənin yeni mərhələsinə keçmək və dəniz blokadasını qətiyyətlə davam etdirməkdir. Çünki ilk Amerika raketi İran ərazisinə düşdüyü gün strateji "Rubikon" keçilib. İndi Amerika üçün geri addım atmaq yoxdur; o, bu döyüşdən ya tam qələbə ilə, ya da qlobal fövqəldövlət statusunu itirmiş məğlub kimi çıxacaq. Əgər SEPAH hakimiyyətdə qalsa, bu, ABŞ-ın rüsvayçılığı, ərəb monarxiyalarının rifah dövrünün sonu və bir neçə ildən sonra İsrail üçün daha böyük fəlakətlərin başlanğıcı olacaq.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 14 aprel 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı

Antalyada COP31 çərçivəsində "Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. xəbə

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

SEPAH-ın yeni raket şəhəri - Foto

SEPAH-ın yeni raket şəhəri təqdim olunub. KONKRET.azxəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Bildirilib ki, bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yeni raket şəhər

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com son xeberler az axsam az xeberler son xeber