Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLARAbşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının və regional idarələrin rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri və qazilər iştirak edib. 
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Sonra Abşeron RİH başçısı Abdin Fərzəliyev giriş nitqi ilə çıxış edib. Bildirib ki, günü-gündən inkişaf edən müstəqil Azərbaycan Respublikası artıq Cənubi Qafqazda lider ölkə hesab olunur. Ölkəmizin sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin siyasi kursunun nəticəsidir və bu gün bu ideyalar Ulu Öndərin layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin tərəfindən uğurla davam etdirilir. Müasir tariximizə yaddaşlara yazılan ötən dövrdə Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası böyük inkişaf yolu keçmişdir, müxtəlif sferalarda misilsiz qələbələr qazanmışdır. 19 aprel tarixində  4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir.
Sonra A.Fərzəliyev bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili münasibətilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilib. "Heydər Əliyev İli" çərçivəsində qədirbilən xalqımız onu ağır sınaqlardan siyasi müdriklik və məharətlə, əzmi və iradəsi, dühasının və idrakının yenilməz gücü ilə çıxarmış, ona xoşbəxtlik bəxş etmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, ölkəmizdə, o cümlədən bir çox xarici ölkələrdə Ulu Öndərin xatirəsinə həsr edilmiş tədbirlər keçirilib. "Heydər Əliyev İli" çərçivəsində ötən il ərzində Abşeron Rayon İcra Hakimiyyəti və rayon təşkilatları tərəfindən də çoxsaylı tədbirlər həyata keçirilib, Ulu Öndərin əvəzedilməz və əziz xatirəsi rayon ictimaiyyəti tərəfindən dərin ehtiramla yad olunub. Həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi qaşılıqlı dostluq əlaqələrimiz olan Rusiya Federasiyasının Həştərxan vilayətində də təntənəli şəkildə qeyd edilmiş, bir çox tədbirlər - müxtəlif sərgi və müsabiqələr, dəyirmi masalar, forumlar, dialoqlar, ağacəkmə aksiyaları, konsert proqramları, Azərbaycan günləri və Ulu Öndərin siyasi fəaliyyətinə həsr edilmiş digər tədbirlər həyata keçirilmişdir.
A.Fərzəliyev daha sonra rayon ərazisində həyata keçirilən abadlıq və quruculuq işlərindən bəhs edib. Bildirilib ki, Abşeron RİH tərəfindən mövcud yaşıllıqların qorunması və artırılması, həmçinin ekoloji tarazlığın qorunmasına böyük diqqət ayırılıb. Ulu Öndərin bu sahəyə xüsusi diqqətini nəzərə alaraq "Heydər Əliyev İli" çərçivəsində tərəfimizdən rayonun bütün ərazisini əhatə edərək ağacəkmə aksiyaları keçirilib, 20.000-dən artıq müxtəlif növ ağac əkilib, ağaclara davamlı qulluq üçün suvarma sistemi qurulub və aqrotexniki xidmət göstərilib.
A.Fərzəliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkəmizdə  2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Təsdiq edilmiş "Tədbirlər Planı"nın müvafiq bəndlərinin icrası ilə əlaqədar olaraq Abşeron rayonunda "Yaşıl dünya naminə həmrəy olaq" şüarı altında dövlət və özəl müəssisələri birgə silsilə tədbirlər təşkil olunur,  o cümlədən ekoloji tarazlığın qorunması və yaşıllıq zolaqlarının artırılması məqsədilə rayon ərazisində mütəmadi xarakterli abadlaşma və yaşıllaşdırma işləri həyata keçirilir.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində və COP29 tədbirinin keçirilməsi ilə əlaqədar RİH və aidiyyatı qurumlar tərəfindən üzərinə düşən vəzifələrin icrası ilə bağlı görüləcək işlər planlaşdırılıb, aidiyyatı üzrə tapşırıqlar verilib və görüləcək işlər nəzarətə götürülüb. 
Bildirilib ki, Möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ötən dövr ərzində həyata keçirilmiş çoxsaylı uğurlu layihələrdən biri də, Abşeron rayonu ərazisində imtiyazlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə salınmış yeni yaşayış massividir. Yaşayış massivinin Abşeron rayonunun hər hansı bir yaşayış məntəqəsinin inzibati ərazisində yerləşməməsini nəzərə alaraq, əhaliyə yerli dövlət hakimiyyəti orqanlarının daha da əlçatan olması üçün həmin yaşayış massivinə qəsəbə statusu verilməklə ərazi vahidi kimi qeydə alınması və onun idarə edilməsinin asanlaşdırılması təkliflərinə Azərbaycan Höküməti tərəfindən müsbət yanaşılıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" 06 aprel 2024-cü il tarixli Sərəncamı ilə sözügedən yaşayış massivinə qəsəbə statusu verilib və Şəfəq qəsəbəsi adlandırılıb. Sakinlərlə keçirilən görüşlər zamanı sakinlər də öz növbəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirirlər.
Daha sonra Abşeron RİH başçısının birinci müavini Yusif Sadıqov hesabat xarakterli geniş məruzə ilə çıxış edib. İclasda rayon icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndəliklərinin fəaliyyətləri təhlil olunub, mövcud problemlər və qarşıda duran məsələlər müzakirə edilib, müvafiq tapşırıq və tövsiyələr verilib.
Tədbirin gedişatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilmiş Abbasova Dilşad Salman qızına, İsmayılova Xatirə Yolçu qızına, Hüseynova Təyyubə Yəhya qızına medalları təqdim edilib. O cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş RİH-in əməkdaşı İlahə Eyvazovaya medalın təqdim olunub.
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLARAbşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLARAbşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLARAbşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLARAbşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLARAbşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLARAbşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLARAbşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLARAbşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLARAbşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLARAbşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLARAbşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 26 aprel 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün xeber az xeber.az bu gun sonxabar