Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLAR

Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLARAbşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 35-ci ildönümü dərin ehtiramla yad edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar Xırdalan səhərində Şəhidlər Abidəsini ziyarət edərək şəhidlərimizin xatirələrini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində davam edən anım tədbirində Ümummilli Liderin və vətənimizin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni oxunub.
Tədbirdə çıxış edən Abşeron RİH başçısınün müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, "20 Yanvar" Cəmiyyətinin Abşeron Rayon şöbəsinin sədri Eyşan İsgəndərov, Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası Nizami Zalov və digərləri bildiriblər ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mücadiləsi idi. Ona görə də Sovet rəhbərliyi xalqımıza qarşı dəhşətli cinayət törədib və paytaxtımıza, o cümlədən respublikanın bir neçə ərazilərinə qoşun yeridərək əliyalən, azadlıq istəyən, günahsız soydaşlarımızı qətlə yetirib. Sovet rəhbərliyi silah, qətliam gücünə xalqımızı susdurmağa çalışıb və bununla da xalqımızın azadlıq istəyini boğmağa səy gəstərib.
Bildirilib ki, faciədən dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi iradə nümunəsi göstərib, 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib, cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını yol verilmiş kobud siyasi səhv kimi ifşa edib. Ulu Öndər sonrakı fəaliyyəti dönəmində də 20 Yanvar həqiqətlərinə hüquqi qiymət verilməsi istiqamətində də çox mühüm addımlar atıb. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edilib. 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul edib, 1998-ci ildə isə "20 Yanvar Şəhidi" fəxri adı təsis olunub. Məhz Ümummilli Liderin sayəsində 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarlar üzə çıxıb.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.
Daha sonra çıxış edən şəhid ailələri ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLARAbşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLARAbşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLARAbşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLARAbşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLARAbşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLARAbşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLARAbşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLARAbşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLARAbşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 20 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler bugun xeberler apa.az xeberler valyuta mezenesi