Abşeron rayonunda abadlıq-təmizlik işləri davam etdrilir - FOTOLAR
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramının ilk çərşənbəsindən başlanan iməclik tədbirləri bayramın son günlərinə qədər hər həftənin şənbə və bazar günləri davam etdirilir. Abadlıq-təmizlik və ağacəkmə işlərində rayonun kənd-qəsəbə bələdiyyələri və inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri iştirak etmişdir.
Bu tədbirlər çərçivədində Görədil kəndində Ağəli Məşədioğlu küçəsinə və Yeni Yaşayış Massivindəki küçələrə asfalt örtüyü çəkilmiş, küçə işıqlandırılması istiqamətində kabellər çəkilərək işıq dirəkləri bərkidilmişdir. Novxanı kəndində şəhid Xudayar Yusifzadə və Əzim Əzimzadə küçələri alfaltlanmış, kəndin qədim ərazilərində isə genişmiqyaslı abadlıq işləri həyata keçirilmişdir. Güzdək qəsəbəsində küçə işıqlandırılması işlərinə başlanılmış, Pirəkəşkül qəsəbəsinin əsas prospekti tamamilə yenidən qurularaq asfaltlanmış, işıq dirəkləri və təhlükəsizlik kameraları quraşdırılmışdır. Qobu qəsəbəsinin yeni yaşayış massində kanalizasiya xətləri çəkilmiş, yağış sularının axıdılması üçün infrastruktur yaradılmışdır. Qəsəbənin daxili küçələrində, o cümlədən Qobu-Güzdək yolunda gecə işıqlandırması təmin etmək məqsədi ilə kabel xətləri çəkilmiş və işıq dirəkləri bərkidilmişdir. Rayonun Saray qəsəbəsinin Mikayıl Müşfiq küçəsində 2 kilometr uzunluğunda su xəttinin yenilənməsi işlərinə başlanılıb, Həsən bəy Zərdabi küçəsində isə böyük ağacəkmə və abadlıq işləri həyata keçirilmişdir. Eləcə də Saray-Novxanı yolunda köhnə kanalizasiya xətlərinin dəyişdirilməsi işlərinə başlanılmışdır.
Abadlıq-təmizlik və ağacəkmə işləri çərçivəsində magistral yolların, küçə və prospektlərin, məhəllədaxili yolların və dalanların, yaşayış binalarının ətrafı tikinti və məişət tullantılarından təmizlənmiş, texniki vasitələrlə ərazidən uzaqlaşdırılmışdır. Bundan əlavə yaşıllıq sahələrində mövsümi işlər görülmüş, park və bağlarda ağaclara aqroqulluq göstərilmişdir.












/ azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşdü - FOTOLAR
Bir qrup dövlət qulluqçusu təltif edildi - SƏRƏNCAM
Numan Kurtulmuş Azərbaycandadır - Foto
Azərbaycanda bu şəxslər iki min manatdan çox maaş alır
Ronaldo rekorda imza atdı
Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq
Azərbaycanlı qız Gürcüstanda faciəvi şəkildə öldü
Livan və İsrail arasında danışıqların beşinci raundu başladı
Övladının həyatını təhlükəyə atmışdı - Saxlanıldı
"Land Cruiser" motosikletə çırpıldı - Kuryer öldü
Putin: Moskva Ukrayna ilə danışıqlara hazırdır
Trampdan İranla sazişi tənqid edənlərə qəribə tövsiyə
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Azərbaycandadır
Dənizdə batmamaq üçün bu qaydalara əməl edilməlidir
Dənizdə batan Pərviz Məcidovun atası: 'Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub