Abşeron rayonunda "Heydər Əliyev İli" çərçivəsində konfrans keçirildi - FOTOLAR

Abşeron rayonunda "Heydər Əliyev İli" ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron Rayon Təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycançılıq məfkürəsi" mövzusunda konfrans keçirimişdir. Tədbirdə YAP İdarə Heyətinin üzvü, Millət vəkili Azər Badamov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Abşeron RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsini dərin ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər. 
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfrans Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlamışdır. 
YAP İdarə Heyətinin üzvü, Millət vəkili Azər Badamov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası məhz dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin sayəsində surətli inkişaf yolu tutmuşdur. Bu gün müxtəlif istiqamətlər üzrə əldə olunan bütün yüksək nəticələrin təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Millət vəkili vurğulamışdır ki, Ulu Öndər ölkəmizi və xalqımızı bütün dəhşətli ssenarilərdən, dövlət müstəqilliyimizin itirilməsindən xilas etmişdir.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov da çıxışında qeyd etmişdir ki, tarix mövcud zamandan və şəraitdən düzgün istifadə etməyi bacaran, xalqını irəli, dövlətini ucaldan nadir şəxsiyyətlər yetişdirir. Onun sözlərinə görə, Azərbaycan xalqının da xoşbəxtliyi onda idi ki, Heydər Əliyev kimi dahi şəxsiyyətə sahib idi. 
Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov, Vətən Müharibəsi şəhidi Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədova və Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin oğlu, Abşeron RİH yanında İctimai Şuranın üzvü Vəli Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, respublikamızın inkişafı istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən və dövlət müstəqilliyini qorumaq, daha da inkişaf etdirmək və dünya dövlətləri sırasına ucaltmaq üçün müəyyənləşdirdiyi uğurlu siyasi kursdan danışmışlar. 
Sonda çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi kurs bugünki güclü Azərbaycanın bərqərar olmasına gətirib çıxarmışdır. Ulu Öndərin ən böyük arzusunun işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi, soydaşlarımızın öz dədə-baba yurdlarına qaytarılması olduğunu vurğulayan RİH başçsı qeyd etmişdir ki, bu arzu da Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi sayəsində döyüş meydanında düşmən üzərində şanlı qələbə qazanmaqla reallaşdırıldı. 
Tədbirin sonunda Vətən Müharibəsi qazisi Vasif Allahverdiyev və Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin Abşeron Rayon Şöbəsinin sədri Süleyman Cəfərov YAP sıralarına qatılması münasibəti ilə təbrik edilmiş və onlara partiyanın vəsiqələri təqdim olunmuşdur
Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda Abşeron rayonunda / azxeber.com

Sosial       Tarix: 29 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər az butun xeberler sonxəbərlər ən son xəbərlər