Abşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilib - FOTOLAR

Abşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilib - FOTOLARVətən Müharbəsində göstərdikləri şücaət və qərəmanlıqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmiş Vətən Müharibəsi şəhidləri Tərlan Məmmədov, Zaur Mədətov, Nurlan Mustafayev, Azər Mikayılov, Məzahir Əhmədov, Vüsal Musayev, Röyal Ələkbərov, Elvin Əlimərdanov, Malik Əliyev, Zülfüqar Qubadov, Əli Ələkbərov anım günlərində yad edilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət edib, qəhrəmanlarımız ehtiramla anılaraq ruhlarına dualar oxunub. Azərbaycanın hər bir bölgəsində, o cümlədən Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərildiyini, onların xatirəsinin əbədiləşdirilməsi, daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirildiyini vurğulayan RİH-nin başçısı şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. 
O cümlədən, 12-13 sentyabr 2022-ci ildə sərhədlərimizə qarşı düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Firuz Əhmədovun anım mərasimi keçirilmişdir. Anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon ictimaiyyəti, şəhid ailələri və qazilər iştirak etmiş, Vətən Müharibəsinin tariximizə qızıl hərflərlə yazıldığı vurğulanmış, xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsindən qürurla bəhs edilmişdir.
Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini yüksək qiymətləndirdiklərini, buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.
*
Xalqımızın düşmən üzərində qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunan şəhid Ağayev Ramil Ağarəhim oğlunun Sabirabad rayonunda keçirilən anım mərasimində Abşeron RİH-nin məsul əməkdaşları da iştirak edib. 
Anım mərasimində şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən danışılıb, ruhuna dualar oxunub.
Qeyd edək ki, Ramil Ağayev işgüzarlığı, bacarığı, bilik və savadı sayəsində kollektiv arasında böyük hörmət və nüfuz qazanmışdır.
Vətən Müharibəsi başlanarkən Ramil könüllü olaraq canı qədər sevdiyi vətənin müdafiəsinə qalxıb. Döyüşlərə Füzuli istiqamətindən başlayan Ramil düşmənin qurduğu istehkamların yarılmasında, canlı qüvvəsinin məhv edilməsində, yaralı yoldaşlarının döyüş meydanından çıxarılmasında igidlik və qəhrəmanlıq göstərib. Ramil 13 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanaraq şəhidlik məqamına yüksəlib.
Abşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilib - FOTOLARAbşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilib - FOTOLARAbşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilib - FOTOLARAbşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilib - FOTOLARAbşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilib - FOTOLARAbşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilib - FOTOLARAbşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilib - FOTOLARAbşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilib - FOTOLARAbşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilib - FOTOLARAbşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilib - FOTOLARAbşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilib - FOTOLARAbşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilib - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 17 oktyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az xeberler bugun 2026 sonxeber.az gunun xeberleri