Abşeron rayonunda Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümü yad edilmişdir - FOTO

Abşeron rayonunda Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümü yad edilmişdir - FOTOAbşeron rayonunda Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümü dərin ehtiramla yad edilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və Abşeronda məskunlaşan xocalılar iştirak etmişdir. İştirakçılar əvvəlcə Xırdalan səhərində Şəhidlər abidəsini ziyarət edərək şəhidlərimizin və Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirələrini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzində "Xocalı–soyqırım həqiqətləri" mövzusunda davam edən anım tədbirində ilk öncə Xocalı soyqırımına həsr olunmuş videoçarx və rayon məktəblilərinin rəsmləri nümayiş etdirilmişdir. 
Daha sonra tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, Xocalı soyqırımı erməni qəsbkarlarının xalqımızın başına gətirdiyi növbəti faciələrindən biridir. Erməni qəsbkarları, özlərinin də etiraf etdiyi kimi, azərbaycanlıların gözünü qorxutmaq, xalqımızda döyüş əzmini qırmaq və ermənilərə guya heç bir zaman qalib gələ bilməyəcəyimiz haqda cəfəng düşüncənin yaradılması, etnik təmizləmə aparılması məqsədi ilə soyqırım törətdilər. Bu qırğın nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər amansızlıqla qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür. Bütün bunlar göstərir ki, onların birbaşa məqsədi soyqırım törətmək olub və buna da nail olmuşlar. 
RİH başçısı bildirmişdir ki, Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı Ümummilli Lider Heydər Əliyev olmuşdur. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirildi. Ulu Öndərin Sərəncamı ilə "26 fevral - Xocalı faciəsi günü" elan edilmiş,  "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı ilə ilk dəfə faciənin dəqiq siyasi qiyməti verilmiş, günahkarlar göstərilmişdir. İndi isə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Ümummilli Liderin siyasi irsini davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə son illər bu soyqırımı hadisəsinin bütün dünyada tanınması və ədalətli siyasi-hüquqi qiymətinin verilməsi istiqamətində geniş siyasi-ideoloji işlər görülür. 
Azərbaycan Respubkilasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Xocalı faciəsinin tanıdılması istiqamətində böyük işlər görülmüşdür. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, faciənin ildönümlərində dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur. 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində geniş təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır. Bunun nəticəsi olaraq, 2010-cu ildə İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 51 ölkənin parlament heyətləri başçılarının iştirakı ilə keçirilən VI sessiyasında qətnamə qəbul edilib. "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "İnsanlığa qarşı cinayət" kimi qiymət verilib. Görülən tədbirlərin nəticəsidir ki, Xocalı hadisələrini rəsmi şəkildə soyqırımı kimi tanıyan dövlətlərin sayı ildən-ilə artmaqdadır.
RİH başçısı Abdin Fərzəliyev əlavə etmişdir ki, Abşeron rayonunda Xocalıdan 343 ailə yaşamaqdadır. Onlardan 22-si Xocalı soyqırımı qurbanı ailələridir. Rayonumuz ərazisində ümumilikdə 385 şəhid ailəsi məskunlaşıb. Onlardan 142-si Vətən müharibəsi şəhidinin ailələridir. Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələri və qazilərimiz daima diqqətdə saxlanılır, onlarla mütəmadi görüşülərək qarşılaşdıqları problemlərin həlli istiqamətində tədbirlər görülür.
Xocalı soyqırımı qurbanlarının, eləcə də bütün şəhidlərimizin qisasının döyüş meydanında layiqincə alındığını vurğulayan RİH başçısı qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni diz çökdürmüşdür. Güclü siyasi iradə, qüdrətli ordu, xalq-lider birliyi, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi qələbəni təmin etmişdir. 
Daha sonra Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyi"nin Abşeron rayon şöbəsinin sədri Süleyman Cəfərov, qazilər Vasif Allahverdiyev, Vidadi Əliyev və Xocalı soyqırımı ailəsinin üzvü Vidadi Hüseynov çıxış edərək Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən, soydaşlarımıza qarşı törədilən qətliamdan və şanlı Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı qələbədən danışmışlar.
Abşeron rayonunda Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümü yad edilmişdir - FOTOAbşeron rayonunda Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümü yad edilmişdir - FOTOAbşeron rayonunda Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümü yad edilmişdir - FOTOAbşeron rayonunda Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümü yad edilmişdir - FOTOAbşeron rayonunda Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümü yad edilmişdir - FOTOAbşeron rayonunda Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümü yad edilmişdir - FOTO/ azxeber.com

Sosial       Tarix: 25 fevral 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber 2026 metbuat xeberleri ən son xəbərlər son xeberler bugun 2026 azerbaycan