Abşeronda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLAR

Abşeronda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda 8 Noyabr - Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş silsilə tədbirlər rayon ərazsində yerləşən icra nümayəndəlikləri, bələdiyyələr, orta və ali təhsil , səhiyyə və mədəniyyət müəssisələri, eləcədə Gənclər və İdman İdarəsinin tabeliyində olan idman klublarında da qeyd edilib.
 ****
"Zəfər kuboku" adlı rayon birinciliyi keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Abşeronda Zəfər Gününə həsr olunmuş "Zəfər kuboku" adlı idmanın müxtəlif növlərində uşaqlar və yeniyetmələr arasında rayon birinciliyi təşkil edilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan yarışların açılış mərasimlərində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mükafatlandırılma mərasimlərində çıxış edənlər idmançıları Zəfər Günü münasibətilə təbrik edib, yarışın keçirilməsində əsas məqsədin rayonda idman növlərinə olan marağın artırılması, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, uşaq və yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, həmçinin Zəfər Gününün rayonda təntənəli şəkildə qeyd olunmasından ibarət olduğunu bildiriblər.
5 idman növü;  cüdo, dama, şahmat, uşu-sanda və karate üzrə keçirilən rayon birinciliyində 800-ə yaxın idmançı öz gücünü sınayıb. Yarışlar gərgin və maraqlı mübarizə şəraitində keçib.
Qaliblər Abşeron rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.
****
Bakı Mühəndislik Universitetində və Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib.
Abşeron RİH-nin səlahiyyətli şəxslərinində qatıldıqları tədbirlərdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şanlı qələbənin əldə olunmasını əks etdirən videoçarxlar nümayiş olunub.
Hər iki tədbirdə çıxış edən qazilər, şəhid ailələri və digər rəsmi şəxslər ölkə Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qələbəsi şərəfinə təsis olunmuş Zəfər Gününün böyük qürurla qeyd edildiyini diqqətə çatdırıb, şəhidlərin hər zaman ehtiramla anıldığını, şəhid ailə üzvləri və qazilərin qayğılarının dövlətimiz tərəfindən daim diqqətdə saxlanıdlğını bildiriblər.
Çıxışlardan sonra  vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. 
  ****
Şagirdlər arasında "Vətəni tanı" xəritə "puzzle" yarışması keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin və Gəclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin birgə təşkilatçılığı ilə şagirdlər arasında "Zəfər Günü"nə hərs olunmuş "Vətəni tanı" xəritə "puzzle" yarışması keçirilib. Xırdalan Şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron sektorunun əməkdaşları, qazi və Vətən Müharibəsi iştirakçıları iştirak edib. 
Gəclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyininin drektoru Nigar Abdullazadə və digər çıxış edənlər bildiriblər ki, yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında milli vətənpərvərlik təbliğatı aparmaq, vətənə, xalqa bağlılığını artırmaq və ölkəmizin daha dərindən öyrənilməsidir. 
Yarişmada 14 yaşdan yuxarı olmaqla 5 nəfərlik tərkib ilə Xırdalan şəhərində fəaliyyət göstərən 10 tam orta məktəbin komandaları iştirak edib. Xırdalan şəhər 6 saylı tam orta məktəbin komandası birinci yerə layiq görülüb. İkinci yeri  isə Xırdalan şəhər 10 saylı məktəbin təmsilçiləri tutub. 
Qaliblərə sertifikatlar və hədiyyələr  təqdim olunub.
   ****
Abşeron rayonun orta məktəblərində, eləcədə məktəbəqədər  təhsil müəssisələrində və Uşaq Gənclər İnkişaf Mərkəzində Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Məktəblilərin "Tariximizi öyrənək" adı altında Tarix-diyarşünaslıq müzeyinə, Bakı şəhərində yerləşən Hərbi Qənimətlər parkı və Şəhidlər xiyabanına ekskursiyaları təşkil edilib, "Qarabağ sən azadsan", "Qarabağ Azərbaycandır!" mövzülarında flaşmoblar, təhsil müəssisələrində şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə konfranslar, "Dəyirmi masa"lar, "Açıq dərs"lər, vebinarlar , ədəbi-bədii kompozisiyalar keçirilib .
Tədbirlərdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğurunda qurban vermiş şəhidlərimizin müqqədəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması, xalq-ordu birliyi barədə geniş məlumat verilib, məktəblilərin ifasında Böyük Zəfərə həsr olunmuş şeir kompozisiyalar dinlənilib. Təhsil müəssisələrində, həmçinin Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub.
 ****
44 Günlük Vətən müharibəsində şanlı Qələbəmizin ikinci ildönümü münasibətilə rayonun kənd və qəsəbələrində fəaliyyət göstərən mədəniyyət müəssisələrində də tədbirlər təşkil edilib.
Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin, qazilərin, mədəniyyət işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirlərin əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin Zəfər Gününə həsr olunan konsert proqramı, eləcədə "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda rəsm və "Qurama" əl işlərinin sərgisi keçirilib. 
Konsert proqramında məktəbin müəllim və şagirdlərinin ifasında klassik musiqilər, bəstəkar və xalq mahnıları, muğamlar səsləndirilib. Çıxışlar dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil edilən sərgidə  müxtəlif materiallardan - dəmirdən, taxtadan, şüşədən müxtəlif əşyalar, o cümlədən rəsm və  qurama sənət nümunələri sərgilənib. Aksiya turistlər tərəfindən maraqla qarşılanıb.
Məlumat üçün bildirək ki, silsilə tədbirlər çərcivəsində rayon ərazisində fəaliyyyət göstərən idarə və müəssisələr tərəfindən Zəfər Gününə həsr olunmuş ağac əkmə aksiyalarıda keçirilib. 
****
8 Noyabr - Zəfər Günü münasibətilə oktyabrın 7-dən etibarən başlayan və Azərbaycanın bütün rayonlarını əhatə edən Zəfər Forumunun Bakıda bağlanış mərasimi keçirilib.
Toplantıda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxış edərək, forum iştirakçıları adından ölkə Prezidentinə xalqa Zəfər sevincini yaşatdığına görə təşəkkür ediblər.
Qeyd edək ki, forumun bağlanış mərasimində Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov, rayonun şəhid ailələri, qaziləri , eləcədə QHT sədirləri və RİH yanında İctimai Şuranın üzvləri də iştirak ediblər.
Abşeronda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLARAbşeronda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 09 noyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler bu gun beynelxalq bank mezenne gunun xeberleri kriminal xeber