Abşeronda şəhid övladları üçün "Yeni il" şənliyi keçirildi - FOTOLAR

Abşeronda şəhid övladları üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların, o cümlədən qazilərin övladları üçün Yeni il bayramı münasibətilə şənlik keçirilib.
azxeber.com xəbər verir ki, Bakı Uşaq və Gənclər Teatrının kollektivinin hazırladığı musiqili-əyləncəli şənlikdə uşaqlar "Yeni il" personajları olan Şaxta Baba və Qar Qızla şən musiqi sədaları altında rəqs etmiş, şeirlər və mahnılar oxumuş, müxtəlif nağıl qəhrəmanları ilə xoş zaman keçirmişlər. Abşeron Mədəniyyət Mərkəzində musiqi nömrələri, səhnəciklər və rəqslərlə keçirilən şənlikdə balaca tamaşaçılara sonda bayram hədiyyələri təqdim olunub.
"31 Dekabr - Dünya Azərbaycanlılarının Həmləylik Günü" və "Yeni il" bayramı münasibətilə Abşeron Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri tərəfindən şəhid ailələri və qazilər yaşadıqları ünvanlarda ziyarət edilmişdir. Səmimi keçən görüşlərdə belə qəhrəman övladlar yetişdirdikləri üçün ailələrinə minnətdarlıq bildirilərək qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağı, dövlətin və xalqın daim onların yanında olduğu bildirilmişdir. Şəhid ailələri işğaldan azad edilmiş torpaqlarımızda uğurla və sürətlə aparılan quruculuq işlərindən fəxr hissi keçirdiklərini bildirmişlər. Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə, o cümlədən Vətən Müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğu, onların sosial məsələlərinə daim diqqət və həssaslıqla yanaşıldığı, bu qayğının hər zaman davam edəcəyi qeyd edilmişdir.
Şəhid ailələrinin üzvləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən qayğı və diqqətə görə növbəti dəfə öz minnətdarlıqlarını bildiriblər.
Abşeronda şəhid övladları üçün Abşeronda şəhid övladları üçün Abşeronda şəhid övladları üçün Abşeronda şəhid övladları üçün Abşeronda şəhid övladları üçün Abşeronda şəhid övladları üçün Abşeronda şəhid övladları üçün Abşeronda şəhid övladları üçün Abşeronda şəhid övladları üçün Abşeronda şəhid övladları üçün Abşeronda şəhid övladları üçün

Sosial       Tarix: 30 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gune olan xeberler xeber metbuat kriminal bugun