Abşeronda velosiped oğurlayan şəxs tutuldu
Abşeron rayonu Qobu qəsəbəsində ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlayan şəxs saxlanılıb.
Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qəsəbə sakini Cavid Mirzəyev tutulub.
Araşdırma zamanı onun evlərin girişlərində və yardımçı otaqlarında saxlanılan 10-a yaxın velosiped oğurladığı məlum olub. Cavid Mirzəyev oğurladığı velosipedləri isə paytaxt ərazisində dəyər-dəyməzinə satıb. Polis əməkdaşları tərəfindən onun qəsəbə yerləşən evinə baxış zamanı oğurluq velosipedlərdən bir neçəsi aşkar olunaraq maddi sübut kimi götürülüb. Cavid Mirzəyev ifadəsində həmçinin paytaxtda "Şamaxinka" adlanan ərazidən bir ədəd motosiklet oğurladığını bildirib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib