AccessBank "Future BankHers" təcrübə proqramının bitməsini qeyd edir
Azərbaycanda sahibkarlıq fəaliyyətinin təşviqi,mikro, kiçik və orta biznesin (MKOB) dəstəyi sahəsində lider olan AccessBank, ölkədəxanımların maliyyə sahəsində fəaliyyətini dəstəkləmək məqsədi ilə təşkil edilən"Future BankHers" təcrübə proqramının bitməsini qeyd edir.
Azərbaycanın bank sektorundailk dəfə yalnız xanımlar üçün təşkil edilən proqram, 6 dekabr 2023-cü ildəbaşlayıb və 6 mart 2024-cü ildə başa çatıb.
Xanımların maliyyə sektorundakaryera qurmasını təşviq etmək, ölkənin iqtisadi inkişafında rolunu artırmaq vəmövqelərini möhkəmləndirmək məqsədi ilə keçirilən "FutureBankHers" proqramına qatılmaqüçün 986 müraciət daxilolub, onlardan 360 xanım imtahandan keçərək 120-ə yaxın qrup işi və fərditapşırıq mərhələsində iştirak ediblər. Uğurlu nəticələrlə seçilən 20 nəfərseçiləndən sonra 13 xanım proqramı tamamlaya bildi.
Təcrübəçi xanımlarAccessBank-ın Daxili Audit, Pərakəndə Bankçılıq, Marketinq, Ödəniş KartlarıBiznesi, Hüquq və Komplayens, Risklərin İdarəedilməsi, Ödənişlər, Maliyyə, İTİnkişafı Departamentiləri, İnformasiya Təhlükəsizliyi departamentlərində uğurlutəcrübə keçdilər və gələcək karyera yolunda seçim etmək imkanı qazandılar.
Yalnız xanımlarüçün təşkil edilən "Future BankHers" proqramında iştirak edən təcrübəçixanımların bəzilərinə AccessBank-da işlə təmin olunmaq təklifləri də edilib.
"Future BankHers" proqramının bağlanış mərasiminin məhz bu günkeçirilməsi təsadüfi deyil. Tədbirin 8 mart – Beynəlxalq qadınlar günü ərəfəsindəkeçirilməsi fürsətindən istifadə edərək, hər birinizi təbrik edirəm, ümid edirəmki, "Future BankHers"proqramı gələcək karyeranızı məhz bank sahəsində qurmaq planlarınıza əlavə təkanoldu. Sizi bizim sıralarımızda görməkdən məmnun olarıq",- AccessBank-ın İdarəHeyətinin sədri Davit Tsiklauri mərasimdə çıxış edərək dedi.


/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır