"AccessBank" Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
Azərbaycanın aparıcı maliyyə institutu olan "AccessBank" ASC, Masallı şəhərində M.Talışxanov küçəsində yerləşən 19-cu regional filialının açılışı ilə sahibkarlıq fəaliyyətinin təşviqi və maliyyə inklüzivliyinin təkmilləşdirilməsi sahəsində fəaliyyətini davam etdirir. Bu genişlənmə "AccessBank"ın ölkə daxilində, xüsusən də cənub-şərq regionunda vacib maliyyə xidmətləri göstərmək missiyasında mühüm addımdır.
Masallıda yeni açılmış filial müştərilərə geniş çeşiddə maliyyə həlləri təklif edir. Bu xidmətlərə kreditlərin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və s. daxildir.
Bu strateji genişlənmə "AccessBank"ın regionlarda fəaliyyətinin genişləndirilməsinin və keyfiyyətli bank xidmətlərinin göstərilməsinin vacibliyini vurğulayan ümumi İnkişaf Strategiyasına uyğundur.
"Regional şəbəkənin genişləndirilməsi və yüksək keyfiyyətli bank xidmətlərinin göstərilməsi Bankımızın İnkişaf Strategiyasının prioritet istiqamətlərindən biridir. Artıq Masallı sakinləri peşəkar komandamızın xidmətindən yararlana bilər. "AccessBank" 2024-cü il üçün nəzərdə tutulan regional filiallardan birincisini açır. Bununla da regionlarda filiallarımızın sayı 33-ə çatdırıldı. Biz il ərzində müxtəlif regionlarda filiallar açmağı planlaşdırırıq", - deyə "AccessBank"ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
Masallı filialının açılması "AccessBank"ın yerli əhaliyə keyfiyyətli xidmət göstərmək öhdəliyini vurğulamaqla yanaşı, həm də ölkənin sahibkarlıq mənzərəsini gücləndirmək, kiçik və orta sahibkarlara dəstək olmaq sahəsində mühüm addımdır. Strateji regional genişlənmə təşəbbüsləri və müştəriyönümlü yanaşma vasitəsilə "AccessBank", Azərbaycanda maliyyə inklüzivliyinin və davamlı inkişafın təşviqi istiqamətində mühüm rol oynayır.
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.


/ azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır