PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdırPAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur.
azxeber.com xəbər verir ki, regionun inşaat sektorunun aparıcı biznes platformalarından biri olan Xəzər İnşaat Həftəsi yerli və beynəlxalq şirkətləri, investorları və sənaye mütəxəssislərini bir araya gətirir. Tədbir inşaat, bərpa və yenidənqurma, mühəndislik sistemləri və yol infrastrukturu sahələrində yeni texnologiyaların, innovativ həllərin və əməkdaşlıq imkanlarının təqdim olunması üçün mühüm platforma rolunu oynayır.
Bu il Xəzər İnşaat Həftəsi çərçivəsində 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – "BakuBuild", 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi – "Rebuild Garabagh" və 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi – "Aquatherm Baku" təşkil olunur. Həmçinin eyni tarixlərdə 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi – "Road & Traffic" keçirilir.
Tədbirin rəsmi bank tərəfdaşı olan PAŞA Bank sərgi iştirakçılarına və ziyarətçilərə biznesin maliyyələşdirilməsi, müasir maliyyə həlləri və rəqəmsal bankçılıq xidmətləri barədə məlumat təqdim edir. Bankın nümayəndələri sərgi çərçivəsində şirkətlərlə görüşlər keçirərək onların maliyyə ehtiyaclarını, biznesin inkişaf perspektivlərini və potensial əməkdaşlıq imkanlarını müzakirə edirlər.
PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdırXəzər İnşaat Həftəsi çərçivəsində təşkil olunan "Qarabağın dirçəlişində gənclər: təşəbbüslər və imkanlar" adlı panel müzakirəsində PAŞA Bankın İnsan Resursları üzrə Baş Direktoru Zibeydə Hacıyeva da çıxış edib. O, Qarabağda sahibkarlığın və insan kapitalının inkişafına dəstəyin Bankın fəaliyyətində mühüm yer tutduğunu vurğulayıb.
"Qarabağın bərpası və inkişafı prosesində özəl sektorun fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. PAŞA Bank olaraq biz də bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçiririk. Dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində Qarabağda 70-ə yaxın kiçik və orta sahibkara dəstək göstərmiş, onların biznes və idarəetmə bacarıqlarının inkişafı üçün təlimlər təşkil etmişik. Eyni zamanda, Qarabağ Universiteti ilə əməkdaşlığımız çərçivəsində yüksək nəticələrlə universitetə qəbul olunan tələbələri kompüter avadanlıqları ilə təmin etmişik. Məqsədimiz bölgədə sahibkarlığın inkişafına, insan kapitalının gücləndirilməsinə və Qarabağın dirçəlişinə davamlı töhfə verməkdir", – deyə Zibeydə Hacıyeva bildirib.
PAŞA Bankın Xəzər İnşaat Həftəsi ilə tərəfdaşlığı Bankın real sektorun inkişafına dəstək göstərmək, sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək və müxtəlif sənaye sahələrində fəaliyyət göstərən bizneslər arasında əməkdaşlığı təşviq etmək istiqamətində həyata keçirdiyi fəaliyyətin davamıdır.
Qeyd edək ki, PAŞA Bank korporativ, kiçik və orta biznes müştərilərinə geniş çeşiddə maliyyə xidmətləri, o cümlədən investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və aktivlərin idarə olunması üzrə həllər təqdim edir.
Bank 2026-cı ildə beynəlxalq maliyyə nəşri "International Investor" tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" mükafatlarına layiq görülüb. Həmçinin "Euromoney" nəşrinin "Awards for Excellence 2026" mükafatları çərçivəsində "Azərbaycanın iri korporativ biznes üçün ən yaxşı bankı" seçilib.

İqtisadiyyat       Tarix: 16 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək

İstehlak krediti götürən şəxsə zamin duranlara yeni borc limiti qoyulub. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb. Qərara əsasən, istehlak krediti üzrə təmina

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

"İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

"İrşad" ənənəvi "Yaşıl Cümə" kampaniyası iləoktyabr ayında da müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim edir.Kampaniya çərçivəsində müxtəlif məhsullar daha münasib qiymətlər və xüsusi təkliflərlətəqdi

Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ

Dünya bazarında qızılın qiymətinin 2027-ci ildə hansı səviyyəyə çatacağı ilə bağlı fərqli proqnozlar səsləndirilir. Bir sıra beynəlxalq maliyyə qurumları qiymətlərin yüksələcəyini gözləyir. Proqnozlarda qızılın bir troy

Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama

Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə müəyyən edilən yeni xidmət haqqı tariflərinin vətəndaşlara aid olub-olmaması məsələsi müzakirə yaradıb. Məsələnin aktuallığını nəzərə alaraq Mərkəzi Bankla (AMB

Gələn il kimlərin maaşı arta bilər?

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin artırılacağını bildirməsi növbəti sosial proqramın konturlarını müəyyə

Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib

Qafqazın ilk inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan Bir, "Istanbul Fintech Week" (İstanbul Fintex Həftəsi) beynəlxalq tədbirində milli rəqəmsal maliyyə xidmətlərinin inkişaf strategiyasın

Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib

Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin yeni sədri və baş katibi seçilib. Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) -a verilən məlumata görə, Türkiyə Sığort


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər son xabarlar son.xeber sonxabar