AccessBank müştərilərinin etibarını qoruyur' - Davit Tsiklauri

AccessBank müştərilərinin etibarını qoruyur' - Davit TsiklauriAzərbaycanın bank sektorusürətlə inkişaf edir və müştərilərin maliyyə ehtiyaclarını ödəmək üçün müxtəlifmaliyyə həlləri, o cümlədən depozit növləri təklif olunur. Azərbaycanda 100%xarici səhmdarlara malik olan yeganə bank – Accessbank, hazırda müştərilərə birneçə əmanət növləri təklif edir ki, onlardan ən maraqlısı "Əlverişli əmanət" məhsuludur. Burada müştəri əmanət faizindəngəlir əldə edir, üstəlik müddət limitlərindən azad olur.
AccessBank-ın depozit məhsulları barədə bankın İdarəHeyətinin Sədri Davit Tsiklauri danışıb.
-AccessBankmüştərilərinə hansı depozit məhsullarını təklif edir?
Hazırda AccessBank müştərilərinə üç depozit məhsulu təklif edir:Müddətli depozit, myGoal depoziti və Əlverişli depozit. Hər birinin özünəməxsusxüsusiyyətləri var və müxtəlif müştəri tələblərinə uyğun hazırlanıb.
Müddətli depozit müəyyən müddətə əmanət yerləşdirib maksimal gəlir əldə etmək istəyən müştərilər üçün ideal seçimdir. Bu məhsul üzrə faiz dərəcəsi müddət və məbləğdən asılı olaraq 12%-ə qədər müəyyən olunub. Minimum məbləğ tələbinin aşağı olması isə bu məhsulu geniş müştəri bazası üçün əlçatan edir.
myGoal (məqsədim) depoziti müəyyən məqsədlər üçün məsələn, daşınmaz əmlak almaq, səyahət etmək və ya avtomobil almaq üçün yığım etmək istəyən müştərilər üçün nəzərdə tutulub. Bu depozit əlavə ödənişlər etməyə imkan verir ki, bu da uzunmüddətli yığımlar üçün çox əlverişlidir. Yumşaq şərtlər və rəqabətə davamlı faiz dərəcələri bu məhsulu müştərilər üçün xüsusilə cəlbedici edir.
Əlverişli depozit vəsaitlərinin istənilən vaxt əlçatanlığına üstünlük verən müştərilər üçün nəzərdə tutulub. Vəsaitlərin rahat şərtlərlə idarəedilməsi imkanı ilə bu depozit məhsulu ehtiyat fondu kimi istifadə oluna bilər. Bundan əlavə, müştərilər pul vəsaitlərini istənilən vaxt faizsiz və cəriməsiz götürə bilsələr də, qalıq vəsaitlərdən də faiz əldə edə bilərlər.
Ümumiyyətlə, məqsədimiz müştərilərimizə əmanətlərini həm qorumaq, həmdə artırmaq üçün ən sərfəli şərtləri təklif etməkdir. Məhsul seçimi isəmüştərinin maliyyə məqsədlərindən və şəxsi tələblərindən asılıdır. Biz fərdiyanaşma prinsipini tətbiq edir və müştərilərimizə ən uyğun seçim etməyə köməkliketməyə hazırıq.
-Hələ dəöz əmanətlərini banklara etibar etməyən insanlar var. Onlara hansı çağırışlarlamüraciət edərdiniz?
Müştəri yığımlarının təhlükəsizlik və artım haqqı var! Banklar yalnızvəsaitləri qorumaq üçün etibarlı vasitə deyil, həm də pulun sahibinin xeyrinə işləməsiüçün bir imkandır. Pulları evdəsaxlamaq əvəzinə, onları inflyasiyadan qorumaq və hətta ağıllı maliyyə həlləri ilə artırmaq mümkündür.
Banklara etibar etməyin üstünlükləri var: vəsaitlərin qorunması vəsığortalanması - çünki əmanətlərin böyük əksəriyyəti dövlət tərəfindənsığortalanır; maliyyə savadlılığı - biz müştərilərə minimum risklərlə əmanətyerləşdirməyin yollarını izah etməyə hazırıq; rahatlıq və nəzarət - müasirtexnologiyalar vasitəsilə əmanətləri onlayn şəkildə asanlıqla idarə etməkmümkündür. Düşünürəm ki, bu şərtlər pulları zəmanətsiz və artımsız evdə saxlamaqdandaha sərfəlidir.
-AccessBankmüştərilərinin əmanətlərini necə qoruyur?
Müştərilərimizin vəsaitlərinin qorunması bizim prioritetvəzifəmizdir. Təhlükəsizlik tədbirləri çərçivəsində sərt qanunvericilik vəmaliyyə standartlarına riayət edirik. Xüsusilə, əmanətlərin sığortalanması iləbağlı qanunvericiliyə əsaslanırıq. «Əmanətlərin Sığortalanması» haqqında qanunaəsasən, müştərilərin əmanətləri dövlət tərəfindən qorunur və sığortalananəmanətlər üzrə kompensasiya 100.000 manat təşkil edir. Manatla olan əmanətlərüçün sığorta faizi 12%, xarici valyutada olan əmanətlər üçün isə 2,5%-dir. Buda o deməkdir ki, qanunda nəzərdə tutulan tələblərə uyğun olan vəsaitlər tam sığortalanırvə itki riski istisna olunur.
Bundan əlavə, AccessBank ehtiyatlarınidarəedilməsində müvafiq qaydalara əməl etməklə likvidliyin idarəetmə prosesinəxüsusi diqqət yetirir ki, müştərilər qarşısındaolan öhdəliklərini yerinə yetirmək üçünkifayət qədər ehtiyatımız olsun. Bankın likvidlik göstəriciləri müntəzəm olaraqizlənilir və Mərkəzi Bankınıntələblərinə uyğun olaraq tənzimlənir ki, bu da öz növbəsində maliyyəsabitliyini artırır.
Biz qanunvericiliyə və beynəlxalqstandartlara riayət edilməsinə xüsusi önəm veririk və tənzimləyici orqanlarınbütün təlimatlarını yerinə yetirərək əməliyyatların şəffaflığını vəetibarlılığını təmin edirik. Maliyyəgöstəricilərinin daim izlənilməsi bizə çətin iqtisadi şəraitdə belədayanıqlılığımızı qorumağa kömək edir. 
-Depozit faizlərini yenidən nəzərdən keçirməyiplanlaşdırırsınızmı?
Depozitlər üzrə faiz dərəcələriəsasən bazar şərtlərindən, o cümlədən iqtisadi vəziyyətdən, inflyasiyasəviyyəsindən və Mərkəzi Bankın pul siyasətindən asılıdır. Biz bu amilləridiqqətlə izləyirik ki, müştərilərimizə ən sərfəli şərtləri təklif edək. AccessBank hər zaman rəqabətədavamlı olmağaçalışır. Məqsədimiz müştərilərimizin gözləntilərinə uyğun, eyni zamanda bazar reallıqlarınıəks etdirən cəlbedici faiz dərəcələri təklif etməkdir. Biz bazarı mütəmadiolaraq təhlil edir və depozit məhsullarımızın şərtlərini tənzimləyirik ki,müştərilərimiz üçün etibarlı və sərfəli tərəfdaş ola bilək.
Ətraflı müsahibə üçün təşəkkür edirik. / azxeber.com

İqtisadiyyat       Tarix: 23 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql


son xeberler yeni xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun sonxeber.az sou xeberler bugun enson xeberler