ADA-nın "Yay məktəbi" Azercell-də! - FOTOLAR
Ölkənin lider mobil operatoru ADA Universitetinin təşkil etdiyi "Yay məktəbi"ni qonaq etdi.
azxeber.com xəbər verir ki, yay mövsümündə şagirdlərin asudə vaxtlarının daha səmərəli təşkil edilməsi məqsədilə ADA Universitetinin ənənəvi olaraq həyata keçirdiyi "Yay məktəbi" Azercell-ə səfər edib. Məktəbin "İnformasiya Texnologiyaları həftəsi" çərçivəsində Azercell-in ekspertləri şagirdlərin qarşısında mobil texnologiyaların növbəti inkişaf trendləri, Süni intellekt (AI), ümumilikdə İKT sahəsinin perspektivləri haqqında təqdimatlarla çıxış ediblər.
Həmçinin lider mobil operator tərəfindən hazırlanmış xüsusi proqram iştirakçılara Azercell-in "Şəbəkə Texnologiyaları" departamentinin və "Əlaqə Mərkəzi"nin fəaliyyəti ilə də real iş mühitində tanış olmağa imkan verib. Şagirdlər üçün müxtəlif viktorinalar təşkil edilib, hədiyyələr və sertifikatlar paylanılıb.
Qeyd edək ki, Azercell uzun illərdir ADA Universiteti ilə əməkdaşlıq edir. 10 ildən artıq davam edən bu tərəfdaşlıq çərçivəsində mobil operator ölkədə yeni İKT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına töhfə verir. Belə ki, şirkət ADA-nın İKT sahəsində peşəkarların yetişdirilməsi səylərini dəstəkləyərək bu universitetdə təhsil alan tələbələr üçün təqaüdlər ayırır, təlimlər təşkil edir və şirkətdə təcrübə keçmək imkanı yaradır. Bununla yanaşı, lider mobil operator ADA Universitetinin İKT və sahibkarlıq sahələrində qadınların rolunun gücləndirilməsi istiqamətində təşkil etdiyi layihələrə də öz dəstəyini göstərir.




Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib