Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib.
azxeber.com xəbər verir ki, TURAN CUP 2026 Beynəlxalq turniri müxtəlif ölkələrdən olan idmançıları bir araya gətirib.
Turnirdə Mərkəzi Asiya respublikaları ilə yanaşı, Avropa ölkələri, Çin Xalq Respublikası, Koreya Respublikası və Rusiya Federasiyasından olan qolfçular iştirak ediblər.
Turnir çərçivəsində Quba Palace Hotel-in rəhbərliyi ilə iştirakçı qolf assosiasiyalarının nümayəndələri arasında bir sıra məhsuldar görüşlər keçirilib.
Görüşlərin nəticəsi olaraq Quba Palace Hotel ilə Çin Xalq Respublikasının Qolf Assosiasiyası (China Golf Association) arasında əməkdaşlıq memorandumunun imzalanması barədə razılıq əldə olunub.
Memorandum Quba Palace Hotel-in baş direktoru İlham Ağayev və Çin Qolf Assosiasiyasının səlahiyyətli nümayəndəsi Zhao Shizhong tərəfindən imzalanıb. Sənəd tərəflər arasında qolf sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gələcək birgə təşəbbüslərin həyata keçirilməsi üçün imkanların yaradılması baxımından əhəmiyyət daşıyır.
Turnirin idman proqramından sonra iştirakçılar və qonaqlar üçün təşkil olunmuş qala gecəsində qaliblərin mükafatlandırılması həyata keçirilib.
TURAN CUP 2026-nın rəsmi tərəfdaşı BMW AG-nin Azərbaycanda idxalçısı Improtex Motors olub.
Quba Palace Hotel beynəlxalq qolf turnirləri vasitəsilə Azərbaycanın turizm potensialının tanıdılmasına töhfə verməyə davam edir.







Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR