Adama ağzını açmağa imkan vermirlər' - Kəramət müxalifət haqda danışdı

Adama ağzını açmağa imkan vermirlər' - Kəramət müxalifət haqda danışdıYazıçı Kəramət Böyükçöl ilə siyasətçi İlqar Məmmədov arasında qalmaqal yaşanıb.
Hadisə sosial mediada yayılan paylaşımlardan sonra gündəmə gəlib. Kəramət Böyükçöl bildirib ki, bir neçə gün əvvəl Elmlər Akademiyası yaxınlığında İlqar Məmmədovla qarşılaşıb. Kəramətin yazdığına görə İlqar Məmmədov ondan soruşub ki, daha niyə məndən yazmırsan? O isə cavab verib ki, ölünün dalınca damışmıram. Bu paylaşım sosial şəbəkələrdə müxtəlif şərhlərə və mübahisələrə səbəb olub. İlqar Məmmədov isə Kəraməti hökümətin adamı adlandırıb. 
azxeber.com xəbər verir ki, yazıçı Kəramət Böyükçöl baş verən qalmaqalla bağlı LAF TV-də aydınlıq gətirib.
O bildirib ki, o gün İlqar Məmmədovu Elmlər Akademiyasının yanında görüb:
"Üz-üzə gəldik. Baxışlarından hiss etdim ki, sanki məndən soruşur: "Artıq niyə məndən yazmırsan?" Elə buna görə o statusu paylaşmışdım. Sonra hər tərəfdən üstümə gəldilər. Mən hələ "SƏS" kitabının çap pulunu da verməmişəm. Belə "hakimiyyət adamı" olarmı? Allah kəssin belə hakimiyyət adamı olmağı. Sabahdan axşama kimi soyuğun altında dayanıb gözləyirəm ki, bəlkə kimsə gəlib kitab alar. Pulu olan adamın üzündən bilinir. İnanın, əgər bilsələr ki, Kəramət "hakimiyyət adamıdır", kitablarım daha çox satılar. Dövlət, bəlkə də, müxalifət qədər mənə aqressiv deyil".
Kəramət deyib ki, Azərbaycan cəmiyyətində sistem hamını yerbəyer edib:
"Hər kəsin ağzını açanda nə danışacağı bəllidir. Mən isə bu sistemin heç bir yerinə uyğun gəlmirəm. Onlar məni hara qoyacaqlarını bilmirlər. Ona görə də mən onlar üçün həm gözlənilməz, həm də etibarsız adamam. Onlar üçün etibarlı adam rəhbərinin dediyini tutuquşu kimi təkrarlayandır. Cəmiyyətdə hansısa hadisə baş verəndə həm müxalifətin, həm də hakimiyyətin nə deyəcəyi əvvəlcədən bəllidir. Amma Kəramətin nə deyəcəyi onlar üçün bəlli olmur. Yazıçının sözü cəmiyyətdə təsir yaratmalıdır.
Bir status yazmışdım: "Ramiz Mehdiyevin çevriliş planına görə, Əli Kərimli yenə müxalifət lideri olacaqmış." Buna görə hamı tökülüb üstümə. Adama ağzını açmağa imkan vermirlər. Elə bil, əvvəlcə gedib onlardan icazə almaq lazımdır ki, sonra danışasan".
Yazışı Ramiz Mehdiyev haqda da danışıb: 
"Kim Azərbaycan dövlətinə, onun ərazi bütövlüyünə xəyanət edibsə, təbii ki, bağışlanmazdır. Amma bu gün ölkədə elə bir vəziyyət yaranıb ki, hakimiyyət haqlı olanda belə, yazmaq olmur. Bunu bəzi adamlar yaltaqlıq kimi qəbul edirlər. Ərazi bütövlüyünün bərpa olunmasına sevinənlərə "yaltaqlanır" deyirlər. Mən vaxtilə Ramiz Mehdiyevlə bağlı söz deyə bilmirdimsə, indi nə deyim?"
Şahanə Ziyad

Sosial       Tarix: 22 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber cəbhədən son dəqiqə kriminal xeber sou biznes