Adil Qeybulla prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək

Adil Qeybulla prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəkAzərbaycanın tanınmış cərrahı, uzun illər müxalif siyasi partiyaların rəhbərliyində təmsil olunmuş tibb elmləri doktoru, professor Adil Qeybulla gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevi dəstəkləyəcək.
KONKRET.az xəbər verir ki, o, bu barədə açıqlamasında bildirib.
A.Qeybulla növbədənkənar prezident seçkilərinin çox mühüm bir dövrə təsadüf etdiyini söyləyib: "Bu seçki bütün dünyada gedən çox ciddi geopolitik proseslərin fonunda keçiriləcək. Düşünürəm ki, nəinki Azərbaycanın siyasi həyatında, ümumiyyətlə mövcudluq tarixində misli görünməmiş bir qələbə qazanmışıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. 100 il ərzində davam edən, Azərbaycanın bağrında bir qara yara olan, süni surətdə yaradılan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Düşünürəm ki, bu fantastik bir qələbədir".
O vurğulayıb ki, bu qələbəni Azərbaycan tarixində heç nə ilə müqayisə etmək olmaz: "Bizə isə şans yaranıb ki, azad edilmiş ərazilərdə seçki keçirək. O torpaqlarda seçkinin keçirilməsinin özü də Azərbaycanın ərazi bütövlüyünün bir daha legitimliyinə işarədir. Bu baxımdan bu seçkini tamamilə məntiqli sayıram. Qələbənin müəllifi Ali Baş Komandan İlham Əliyev və Azərbaycan əsgəridir. Azərbaycan bu qələbə zamanı nümunə və örnək olacaq xeyli proseslərə imza atıb".
Tanınmış cərrah Azərbaycan tərəfinin həm hərbi əsirlərə davranışda, həm də ermənilərin evakuasiyası zamanı bütün beynəlxalq qaydalara əməl olunmasını xüsusi olaraq vurğulayıb:
"Bu proseslərdə bir nəfərin belə burnu qanamadı. Bununla da biz bir millət olaraq bütün dünyaya nümunə göstərdik. Bu gün Azərbaycanda siyasi partiyalar indiki prezident seçkiləri zamanı yaranmış situasiyadan istifadə etməlidirlər. Yəni, seçkinin strukturundan oradakı imkanlardan maksimum yararlanmağa çalışmaq lazımdır. Çünki partiyanın ən əsas işlərindən biri seçkidə iştirakdır. Bu zaman partiyanın bütün strukturları fəallaşır. Təəssüflər olsun ki, bəzi partiyalar boykot yolunu tutmaqla özlərini prosesdən kənarda tutublar. Bu isə həmin partiyaların özlərinin də ziyanına işləyir. Mən düşünürəm ki, bu prosesdə iştirak etmək lazım idi".
A.Qeybulla düşünür ki, bu seçkilərin də favoriti hazırkı Prezident İlham Əliyevdir: "Çünki İlham Əliyev misli görünməmiş qələbələrə imza atan bir dövlət başçısı kimi xalqın etimadını qazanıb. Onun Prezident seçilməsi də tamamilə məntiqli görünür. Mən şəxsən Prezident İlham Əliyevə səs verəcəyəm. Çünki ürəyimizdə olan ən böyük arzuların həyata keçməsi məhz onun həyata keçirdiyi siyasət nəticəsində mümkün olub. Mənim Prezidentim İlham Əliyevdir. Özümü onun əsgəri sayıram".
Qeyd edək ki, A.Qeybulla uzun illər Müsavat Partiyasının Divan üzvü olub. O, 2015-ci ildə partiya sıralardan istefa verib.
A.Qeybulla daha sonra Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasında təmsil olunub. O, 2023-cü il mart ayında bu partiyadan da istefa verib. A.Qeybulla istefa verməsinə partiya daxilində çəkişmələrin, ikitirəliyin, vicdanlı üzvlərə qarşı şantaj kampaniyasının səbəb olduğunu bildirib./Report

Siyasi       Tarix: 20 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


azerbaycan xeberleri yeni xeberler son xeberler en sonxeber kriminal bugun cəbhədən son xəbər maraqlı xəbərlər