ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLAR

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLAROktyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "RİSK-2025" - 7-ci Beynəlxalq Avrasiya Risk Konfransının açılış mərasimi keçirilib.
azxeber.com xəbər verir ki, "İnfrastruktur sistemlərinin risk yönümlü dizaynı və işləməsi: davamlılıq paradiqması" mövzusuna həsr olunmuş konfrans mühəndislik, energetika, ekosistemlərin idarə olunması, texnoloji risklər və davamlı inkişaf sahəsində aparıcı beynəlxalq mütəxəssisləri bir araya gətirib.
Konfrans "AMİR Technical Services" şirkəti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ABŞ-ın Qnedenko Forumu – Dayanıqlılıq üzrə Beynəlxalq Qrup, Beynəlxalq Suvarma və Drenaj Komissiyası (ICID) və İtaliyanın Milan Politexnik Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın açılışında ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxış edərək bildirib ki, sürətlə dəyişən müasir dünyada infrastruktur sistemlərinin təhlükəsiz və dayanıqlı idarə olunması qlobal əhəmiyyət daşıyır. Rektor vurğulayıb ki, bu istiqamətdə elmi əməkdaşlığın və bilik mübadiləsinin gücləndirilməsi, xüsusilə də süni intellekt texnologiyalarının tətbiqi ilə risklərin idarə edilməsinə yeni baxışların formalaşdırılması, gələcək nəsil mühəndislərin hazırlığında mühüm rol oynayır.
ADNSU rektoru qeyd edib ki, "RİSK-2025" konfransı təkcə elmi araşdırmaların mübadiləsi üçün deyil, həm də regional və beynəlxalq tərəfdaşlıqların möhkəmlənməsi baxımından mühüm platforma rolunu oynayır. O, konfransın nəticələrinin infrastruktur layihələrinin planlaşdırılması, enerji təhlükəsizliyi və davamlı inkişaf strategiyalarına praktik töhfələr verəcəyinə əminliyini ifadə edib.
Konfransın ümumi sədri, professor Vüqar Əliyev tədbir haqqında ətraflı məlumat verərək qeyd edib ki, builki toplantı risk mühəndisliyinin yeni istiqamətlərini, texnoloji dəyişikliklərin ekosistemlərə təsirini və insan amilinin rolunu müxtəlif aspektlərdən araşdırır.
Daha sonra Proqram Komitəsinin həmsədri, Rusiya Elmlər Akademiyasının Ural Federal Universitetinin Elm və Mühəndislik Mərkəzinin rəhbəri, Nobel Sülh Mükafatı laureatı, professor Svyatoslav Timashev "İnfrastrukturların risk əsaslı dizaynında və istismarında süni intellekt: təhlükələr və imkanlar" mövzusunda məruzə ilə çıxış edib. O, süni intellektin sənaye sistemlərində tətbiqinin həm potensial təhlükələri, həm də mühüm imkanları barədə elmi arqumentlər irəli sürüb. Timashev qeyd edib ki, risk yalnız təhlükə deyil, eyni zamanda inkişafın zəruri mərhələsidir. O, infrastruktur layihələrinin dizaynında süni intellekt alqoritmlərinin etik və təhlükəsizlik aspektlərinin daha dərindən araşdırılmasının vacibliyinə diqqət çəkib.
London Universitet Kollecinin Risk və Fəlakətlərin Azaldılması Departamentinin rəhbəri, professor İlan Kelman "Seçim nəticəsində fəlakət: "Təbii fəlakətlər" niyə nadir hallarda mövcuddur" mövzusunda çıxış edərək insan qərarlarının fəlakətlərin qarşısının alınmasında əsas amil olduğunu vurğulayıb. O, fəlakət anlayışının çox zaman sosial və idarəetmə problemlərinin nəticəsi olduğunu, risk azaldılmasının isə düzgün planlaşdırma və ictimai davranış modellərinin formalaşdırılmasından asılı olduğunu bildirib.
Siti Universitetinin Qabaqcıl Tədqiqatlar İnstitutunun direktoru, professor Uey Kuo "Təmiz enerji və davamlılıq" mövzusunda çıxışında enerji sistemlərinin gələcək inkişafında alternativ mənbələrin və texnoloji innovasiyaların rolunu təhlil edib. O, davamlı enerji istehsalının həm iqtisadi, həm də ekoloji sabitliyə təsirini elmi faktlarla əsaslandırıb.
Hanoy Vyetnam Milli Universitetinin Siyasət və İdarəetmə İnstitutunun direktoru, professor, Bax Tan SİNH "Vyetnamın Mekonq Deltasında daşqınlarla yaşamaq siyasəti" mövzusunda çıxışında iqlim dəyişikliklərinin Asiya regionunda yaratdığı sosial-iqtisadi təhdidlərə diqqət çəkib. O, hökumət səviyyəsində riskə adaptasiya siyasətinin formalaşdırılmasının vacibliyini qeyd edib.
İtaliyanın Beynəlxalq İrriqasiya və Drenaj Komissiyasının prezidenti, professor Marko Arcieri "İtaliyada böyük bəndlərin risk yönümlü istismarı" adlı məruzəsində iri infrastruktur obyektlərinin təhlükəsizliyinin qiymətləndirilməsində müasir monitorinq və idarəetmə mexanizmlərinin tətbiq təcrübəsini təqdim edib.
Konfrans çərçivəsində gün ərzində risk yönümlü qərar qəbuletmə, ərzaq təhlükəsizliyi və torpaq meliorasiyasında yeni texnologiyalar, həmçinin fəlakət riskləri mövzularında panel və poster sessiyalar da təşkil olunub.
Üç gün davam edəcək "RİSK-2025" konfransının ikinci günündə "Davamlılıq paradiqmasında insan amili", "Risk və şəhər təhlükəsizliyinin kompleks yanaşması", "Neft və qaz sənayesində risk və dayanıqlılıq", eləcə də "Texnoloji risklər və davamlı inkişaf" mövzularında müzakirələr aparılacaq.
ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLARADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLARADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLARADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLARADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLARADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLARADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLARADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLARADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLARADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLARADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLARADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLARADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLARADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb - FOTOLAR

Sosial       Tarix: 21 oktyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber cəbhədən son dəqiqə kriminal xeber sou biznes