ADPU-nun bufetində kitab oxumaq qadağandır? - Universitetdən açıqlama

ADPU-nun bufetində kitab oxumaq qadağandır? - Universitetdən açıqlama"Diqqətinizə çatdırmaq istərdik ki, universitetin professor-müəllim və tələbə heyətindən dəfələrlə şikayət daxil olub ki, hər hansı qida qəbul etmədikləri halda yeməkxanadakı yerləri həddən artıq məşğul edən tələbələr var və buna görə də digər müəllim və tələbələr yeməkxanadan istifadə edə bilmir".
Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin azxeber.com-un sorğusuna cavab olaraq bildirilib. 
Sözügedən videodakı səlahiyyətli şəxs isə univeristetin İnzibati departamentinin müdiridir və universitetin infrastrukturu ilə bağlı şikayət və təkliflər həmin struktura yönləndirilir. Mövcud vəziyyətlə bağlı yeməkxanadakı həmin tələbələrlə bir neçə gün ərzində izahat söhbətləri aparılıb. Lakin təəssüf ki, eyni tələbələrə bu məsələ dəfələrlə izah edilsə də, bəziləri bunu anlayışla qarşılamayıb və tövsiyələrə məhəl qoymayıb.
Digər tərəfdən bildirmək istəyirik ki, Pedaqoji Universitetin yeni istifadəyə verilmiş Kitabxana-İnformasiya Mərkəzi və əlavə geniş oxu zalında tələbələrimizin oxumaq, tapşırıqlar işləmək, internetdən istifadə etmək və elektron kitabxanaya daxil olmaq üçün bütün şəraitlər mövcuddur. Kitabxana-İnformasiya Mərkəzində ümumi oxu zalından əlavə hermetik arakəsmələrlə ayrılan və səskeçirməyən bir neçə müzakirə otaqları da var.
Hansı ki, bu otaqlarda təkcə kitab oxumaq deyil, internetə qoşulmaq, təqdimatlar etmək üçün də hər bir şərait var və burada bir neçə tələbə rahatlıqla müzakirə apara bilər. Eyni zamanda Kitabxana-İnformasiya Mərkəzində tələbələrin rahatlıqla çay-kofe və qəlyanaltı ala və müzakirələr apara biləcəkləri minikafe də fəaliyyət göstərir.
Bu səbəbdən də tövsiyə olunur ki, tələbələr bu məqsədlə yeməkxanadan yox, oxu zalından və ya müzakirə otaqlarından istifadə etsinlər. Həmçinin, nəzərə almaq lazımdır ki, yeməkxanadakı səs-küydə dərs oxumaq demək olar ki, mümkünsüzdür və tələbələrin bu məqsədlə digər imkanlardan istifadə etməsi daha məqbuldur.

Sosial       Tarix: 13 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


yeni xeberler azerbaycan xeberleri son xeberler hava durumu siyaseti xeberler bugun bu gunun xeberleri xabar az