ADY: "Bayram günlərində qatarlar hər gün Qəbələyə hərəkət edəcək
Artan sərnişin tələbatı nəzərə alınaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus sürətli sərnişin qatarları bayram günlərində hər gün Qəbələ istiqamətində hərəkət edəcək.
ADY-nin verdiyi məlumata görə, qurum sərnişinlərin mənzilbaşına təhlükəsiz və rahat çatdırılması üçün xidmət keyfiyyətini vaxtaşırı təkmilləşdirir və vaqon parkını müasirləşdirir.
Belə ki, Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar 30-31 dekabr 2023-cü il, 01-06 yanvar 2024-cü il tarixlərində Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.
"Həmçinin Qəbələ Dəmiryol Vağzalında yeni fəaliyyətə başlamış "coffeeshop" sərnişinlərin asudə vaxtlarının səmərəli təşkilinə imkan yaradır. Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya "ADY Mobile" tətbiqini yükləyə bilərsiniz", - deyə məlumatda deyilir. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR