ADY-nin ödəmə terminalında PROBLEM – Sərnişinlərin ödədikləri pullar hara gedir? – FOTO
"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus ödəmə terminalında problem yaranıb.
KONKRET.azxəbər verir ki, bu barədə Baku.ws-in "qaynar xətti"nə məlumat daxil olub.
Elektrik qatarından gündəlik istifadə edən vətəndaşlardan biri dünən saat 19:19 radələrində ADY-ə məxsus ödəniş terminalından öz kartına 5 AZN vəsait köçürüb.
Terminalda ödənişin qəbul olunduğu və pulun hesaba köçdüyü göstərilsə də bir dəqiqə sonra əksi müşahidə edilib.
Belə ki, vətəndaş kartını ödəmə terminalına yaxınlaşdırdıqda hesaba heç bir vəsaitin köçmədiyi məlum olub.
Qeyd edək ki, məlum hadisə ötən gün Novxanı stansiyasında qeydə alınıb. Vətəndaş yaranmış problemlə bağlı stansiyanın məsul şəxsinə müraciət etsə də problem həll olmayıb.
Üstəlik ona deyilib ki, belə hallar tez-tez baş verir. Bildirilib ki, ödəmə terminalı sərnişindən əvvəlki şəxsin kartının şifrəsini yadda saxlayıb. Sərnişin kartı terminala yerləşdirdikdə qurğu yeni kartın deyil ondan əvvəlki kartın məlumatlarını yadda saxlayıb. Bununla da sərnişinin terminala ödədiyi 5 manat öz kartına deyil əvvəlki sərnişinin kartına köçüb. Problemin aradan qaldırılacağı və pulun balansa oturulacağı bildirilsə də məsələ hələ də həllini tapmayıb.


Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi