ADY sədrinin yeni müavini təyin edildi
"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
azxeber.com Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib.
Bundan əvvəl ADY sədrinin müşaviri vəzifəsində çalışan A. Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub.
Qeyd edək ki, A. Ağayev Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr və magistr, Böyük Britaniyanın Kembric Universitetini isə biznesin idarə edilməsi üzrə magistr dərəcəsi ilə bitirib.
Müxtəlif illərdə "ATL" Şirkətlər qrupu, "SAQA" gəmi təmiri şirkəti və fərqli beynəlxalq məsləhətçi şirkətlərdə çalışıb, biznesin inkişafı, regional layihələr üçün maliyyə təhlilləri, sahibkarlığın inkişafı və kommersiya təhlili kimi istiqamətlərdə böyük təcrübə əldə edib.
A. Ağayevin ADY-nin sədr müavini vəzifəsinə təyin edilməsi şirkətdə maliyyə və strateji planlaşdırma, əməliyyatların optimallaşdırılması, tərəfdaşlıq münasibətlərinin inkişafı və korporativ idarəetmənin yaxşılaşdırılması kimi sahələrə mühüm töhfə verəcək.
Yeni təyinat ADY-də uğurla davam etdirilən kadr islahatlarının, eləcə də şirkətdə peşəkar, xüsusilə beynəlxalq təcrübəyə malik şəxslərin karyera irəliləyişinə dəstək verilməsinin göstəricisidir.

Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İlham Əliyev Donald Trampı təbrik edib
Bu yazını ürək xəstələri oxusun
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Azərbaycanda Milli Qurtuluş Günüdür
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı
Ağdamda qeyri-adi hadisə - FOTO
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Gürcüstanda oxumaq üçün qaydalar dəyişir
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi