Aeroport yolunda ağır qəza - YENİLƏNDİ
Aeroport şosesində baş vermiş qəza nəticəsində xəsarət alanlardan 3 nəfəri Sabunçu rayon 3 Saylı Şəhər Klinik Xəstəxanasına gətirilib.
KONKRET.az xəbər verir ki, avtobusun sürücüsünün sol aşağı ətrafından ağır xəsarət aldığı bildirilir.
***
Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə KONKRET.az-a NİİM-dən məlumat veilib.
Qeyd edilib ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması üçün işlər görülür.