Afaq Bəşirqızı: "Heç vaxt efirə zəng edib söyüş söymərəm" - VİDEO

Afaq Bəşirqızı: "Heç vaxt efirə zəng edib söyüş söymərəm" - VİDEO"Mən atasız-anasız böyümüşəm. Qoca bir nənənin himayəsində böyümüşəm. Mən həmişə həyatda özüm-özümü müdafiə etmişəm. Və mən elə bir ailənin, elə bir kişinin qızıyam ki, mən heç vaxt efirə zəng edib söyüş söymərəm. Heç vaxt. Yeri gələndə elə söyürəm ki... Özü də heç vaxt qadın söyüşü söymürəm".
Bu sözləri Xalq artisti Afaq Bəşirqızı İTV-də yayımlanan "Popumuz var" verilişində qonaq olarkən deyib. O bir müddət əvvəl ARB TV-nin efirində söyüş söyməsi ilə bağlı iddialara belə cavab verib:
"Mən həmişə aktyorları müdafiə etmişəm. İnsanları da, aktyorları da. Və mən demişdim, aktyorlara dəyməyin, onları tənqid etməyin, ələ salmayın, incitməyin. Mən o aktrisanın adını etika naminə çəkməyəcəm. Və onu elə bir vəziyyətə gətirib saldılar ki, bunun əqli cəhətdən problemi bilindi. Bu aktrisa üç minə yaxın maaş alır - Prezident təqaüdü, maaşı, əmək pensiyası, Xalq artistinə görə aldığı 150 manat. Və bu deyəndə ki, çörək mağazasına borcluyam... Biz aldığımız bütün ödəmələri ilk gündən kartla alırıq. Artıq onun belə gedib onlardan nə isə istəməyi... Və mən çox əsəbiləşdim. Mənim televizorumda reklam getdi. Mənim ərkim çatır. Mənim 18, 22, 25 yaşım yoxdur, mənim 65 yaşım var. Mən bir böyük kimi zəng etdim, həqiqətən də buna öz iradımı bildirdim, özü də pis bildirdim. Elgiz də (aparıcı Elgiz Əkbər –red.) mənə deyir ki, canlı yayımdayıq. O dəqiqə mən söhbətimi bildirdim, Şəfiqə xanımla (vəkil Şəfiqə Nağıyeva -red.) danışdım, qurtardı getdi. Efirdən sonra dedim ki, Elgiz, qurban gözlərinə, mən başa düşə bilmədim, məndə reklam gedirdi, mən də bu süjeti gördüm, bildim ki, bu sənin tərbiyənə uyğun bir şey deyil. Mən onu danladım, keçdi getdi.
ARB-də o səs heç bir studiyada eşidilməmişdi. Orada nə qədər adam var idi – Şəfiqə xanım, Respublikanın Xalq artisti Nübar xanım (Nübar Novruzova – red.), Elgiz var idi. Elgiz birinci gündən dedi ki, Afaq xanım, bu, studiyada bilinmədi və Afaq xanım doğrudan da düzünə əsəbiləşmişdi. Bir nəfər tərəfindən deyilmişdi ki, mənim pula ehtiyacım var, belə bir şey olub, o səs yazısı ancaq məndədir. Almışdılar, satmışdı. Bacısının böyrək məsələsi üzə çıxdı və s. Gətirdilər mənim qabağıma düzdülər onları. Apar bunları ver məhkəməyə, tutdur. Mən bunu edərəm? Bu, qurulma bir şey idi" (Qafqazinfo.az).

/open.az

Şou Biznes       Tarix: 20 iyul 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta cəbhədən video kriminal bugun sonxabar