Afət Vəfanı yenə təhdid etdi: 'Mənim qabağıma harada çıxsa...' - AÇIQLAMA

Afət Vəfanı yenə təhdid etdi: 'Mənim qabağıma harada çıxsa...' - AÇIQLAMABir neçə gündür ki, Afət Fərmanqızı ilə Vəfa Şərifova arasında baş verən mahnı qalmaqalı böyüyür. Söhbət Ayaz Allahverdiyevin bəstəsi olan " Dağlar oğlu" mahnısından gedir. Qalmaqala səbəb isə, Vəfa Şərifovanın Afət Fərmanqızının mahnsını icazəsiz ifa etməsi olub. 
azxeber.com məsələyə aydınlıq gətirmək məqsədilə Afət Fərmanqızı ilə əlaqə saxlayıb. Müğənni yaşanan qalmaqalla bağlı redaksiyamıza açıqlamasında bunları bildirib: 
"Mahnı Ayaz Allahverdiyevindir. O vaxtı Vəfa bu mahnını Ayazdan icazəsiz oxuyub. Ayaz da mənə dedi ki, Vəfa mənə hörmətsizlik edib, mahnımı oğurlayıb. Ayaz məndən kömək istədi. Mən də Vəfaya zəng etdib məsələni araşdırdım. Ona dedim ki, gəl ortada halallıq olsun, heç olmasa Ayazla duet oxu. Vəfa buna da razılaşmadı, dedi mən kişilərlə oxumuram. Amma bir həftə sonra İfratla dueti çıxdı. Ayaz dedi ki, mahnı mənimdir onu Vəfanın "Youtube" kanalından sildirəcəyəm. Vəfa isə özüm silərəm dedi və sildi də. Ayaz da mahnını mənə verdi və dedi ki, indi Vəfa mənə 100.000 manat pul da versə daha o mahnını ona vermərəm. Mən mahnını oxudum, klip də çəkdim. Bir də gördüm ki, Vəfa Ayazla əlbir olub mahnının icazəsini də alıb "Youtube"a qoyub". 
Bütün bu olanlarda mahnının bəstəkarını günahlandıran Afət Fərmanqızı Vəfa Şərifovanın ünvanına da sərt sözlər səsləndirib:
"Baxsaz görəcəksiz ki, bu gün məşhur olan bütün müğənnilərlə Vəfa düşməndir. İstər Zeynəb olsun, İstər Türkan olsun, hamı ilə küsülüdür. Əvvəl mənim mahnımı, sonra oxuyanımı, daha sonra musiqiçimi oğurlamaq istədi, amma alınmadı. Mən necə Cabbar Musayevə deyə bilərəm ki, Könül xanımı at gəl mənlə oxu? Axı ortada Könül xanım var.  Vəfada isə bu prinsiplər yoxdur. Ondan bir şey, bundan bir şey götürə-götürə hara qədər gedəcək?  Oxusun toylarda, şənliklərdə, amma mənim hələ efirdə səsləndirmədiyim mahnını necə "Youtube"a qoya bilərsən? Nə olsun ki, sən Ayazın "başını bişirib" icazəsini almısan. Məndə Ayazın bütün səs yazıları var".
Afət Fərmanqızı Vəfa Şərifova ilə sənət meydanında da üz-üzə gəlməyə hazır olduğunu deyib: 
"Vəfanın səsi yoxdur, görünüşü isə başdan ayağa əməliyyatdır. Bunları çıxardın atın kənara gör heç onu toya aparan olar? Elə özünə güvənir, gəlsin bir canlı verilişdə mənlə duet oxusun. Gəlsin bir-iki boğaz muğam oxuyaq, aşıq havası oxuyaq, təsnif oxuyaq. Sənəti varsa gəlsin! O elə bilir ki, iki dənə meyxanaçı ilə duet oxumaqla hər şey düzəlir. O, bütün süni yaratdığı gözəllikləri çıxartdırsa, onu toya aparan olsa mən adımı dəyişəcəm. Vəfa masqalanmış, saxta insandır. Fanaqramla toy oxuyur, oğurluqla mahnı alır. Bu yolla da özünə yol tapır".
azxeber.com portalı olaraq, səslənən iddialarla bağlı müğənni Vəfa Şərifova ilə əlaqə saxlamağa çalışsaq da, müğənnidən cavab ala bilmədik. Bu baxımdan qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 
Aysel Hacızadə

Şou Biznes       Tarix: 19 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler son xeberler az sou xeberler bugun maraqlı xəbərlər