Ağacanyan: "Azərbaycanın tələbi ilə Makron Brüssel görüşündə iştirak etməyəcək"

Ağacanyan: Makron Azərbaycanın tələbi ilə mayın 14-də keçiriləcək Brüssel görüşündə iştirak etməyəcək.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Hollandiyadakı keçmiş səfiri Dzünik Ağacanyan erməni mediasına müsahibəsində deyib. O Brüssel görüşü öncəsi fikirlərini bildirib.
"Qərb Rusiya tərəfinin regionda olmasını lazımsız hala gətirəcək bir sənəd almağa tələsir. Qərb ona hansı ad verirsə versin, faktiki Qarabağ o variantda Azərbaycan ərazisinə keçəcək. Ermənistanın hakimiyyət orqanları isə ümumiyyətlə orada iştirak etməyəcək. Bu gün hakimiyyətdə olanların, xüsusən də baş nazirin  açıqlamaları da bunu sübut edir", – erməni diplomat vurğulayıb.
Ağacanyan əlavə edib ki, Fransa prezidenti Azərbaycanın tələbi ilə bu görüşdə iştirak etməyəcək.
"Fransa prezidenti Emmanuel Makron Azərbaycanın tələbi ilə mayın 14-də keçiriləcək Əliyev-Mişel-Paşinyan görüşündə iştirak etməyəcək. Əlbəttə ki, bunun danışıqlara təsiri olacaq. Əliyev oz vəzifələrini bilir.
Bu, təkcə enerji resursları ilə deyil, həm də İrana qarşı platforma ilə bağlıdır. Azərbaycan bu mənada Qərb üçün önəmlidir. Əliyev istədiyinə nail olmaq üçün bütün imkanlardan böyük istifadə edir.
Mənim Brüsseldəki üçtərəfli görüşdən xüsusi gözləntim yoxdur. Ümid edirəm ki, erməni tərəfinin ağlı başına gələcək və anlayacaq ki, Ermənistandan cındır kimi istifadə olunur, sonra da atılır.
Ümumiyyətlə, Avropanın gələcəkdə sözünün üstündə durub-durmayacağı böyük problemdir. İstənilən zəmanət formal xarakter daşıyır. Lazım gələrsə, onlar məhv ediləcəklər", – deyə Ağacanyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 13 may 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər en son xəbərlər bugün en sonxeber siyaseti xeberler bugun