Ağamirzədən sərt sözlər: "Adlarından iyrənirəm

Ağamirzədən sərt sözlər: Ağamirzədən sərt sözlər: "Adlarından iyrənirəm"
"Meyxananı bəzilərinə əmanət etdiyim üçün çox təəssüflənirəm.  Baxırsan ki, qəşəng meyxana deyir. Amma nə olsun? Nə qədər yalan olar?  Artıq onlara nifrət edirəm".
Olay.az yazır ki, bu sözləri meyxana ustadı Ağamirzə Məmmədov verilişlərin birində qonaq olarkən deyib. O, sənətə gətirdiyi bəzi ifaçıları ad çəkmədən sərt tənqid edib:
"Həmin adamlarla indi mən burada görüşsəm, mənə deyərsən ki, Ağamirzə yalan danışır. Telefona cavab vermirlər. Vermirsən vermə! 4 il bundan qabaq işlətdiyi nömrəni verib ayda bir dəfə açır, ya açmır. Mənə sən lazım deyilsən! Sən ulduzsan, nəsən özün üçün... Məndən bəzi dostlar xahiş edir ki, maraqlan, görək hansı günü boşdur, həmin şəxsi toyumuzda istəyirik. Mən də onlara toy üçün zəng edirəm. Nəticədə cavab vermirlər. Bizim bir dostumuz düz deyib: "Bu pul, şöhrət insana elə başağrısı verir ki, hər oğlan ona dözə bilmir".
Çoxlarının adlarını telefonumdan silmişəm, iyrənirəm. Ən yaralı yerim telefona cavab verməməkdir. Nə olsun, görən kimi "can", "başına dönüm", "qadanı alım", - deyirlər, bu sözləri təzə tapıblar. Başıma dönürsənsə, telefonuma cavab ver. Mən xalqımızdan xahiş edirəm ki, elə insanları onlar heç məclislərinə dəvət etməsinlər. Sadəcə söhbət meyxanaçılardan getmir, elə müğənnilər də var. 
Məsələn, bir uşaq şəkil çəkdirmək istəyir.  Elə naz edir ki. Nə olacaq axı bir şəkillə? Hərdən deyirəm, bəsirət gözüm açılsın, hərdən də deyirəm ki, yox, gözüm açılmasın.
Siz Ağasəlimdən, Kərimdən, Nizami Rəmzi, Molla Məhəmməddən artıq olmayacaqsınız. Elə meyxanaçı var ki, Kərim 6 ildir yataqdadır, bir dəfə də olsun onun yanına getməyib. Bir nəfər deyib ki, Kərimin yanına ona görə getmirəm ki, insanları tanımır. Dostumuz da ona qəşəng cavab verib ki, "o səni tanımasa da, sən ki, onu tanıyırsan". Milyonçular görmüşəm ki, indi 10 manata ehtiyacları var". / oxu.az

Şou Biznes       Tarix: 06 iyun 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

35 yaşlı müğənni xərçəngdən öldü

Amerikalı müğənni Nikol Teylor vəfat edib. O 35 yaşında dünyasını dəyişib. Ona ilk dəfə 2022-ci ildə xərçəng diaqnozu qoyulub. Nikol Teylorun üçüncü mərhələli süd vəzi xərçəngindən əziyyət çəkdiyi bildirilib. Yaxşı müalic

Zaur Rzayev harada dəfn olunacaq?

"Xalq artisti Zaur Rzayevlə vida mərasiminin harada keçirilməsi ailəsinin verəcəyi qərara bağlıdır. Bu barədə -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Zaur Rzayevin ailəsi ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Xanəndəni

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi

Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnıs

Röyanın adından dələduzluq - FOTO

Xalq artisti Röya Ayxanın adından dələduzluq edilib. Müğənninin Hollandiyanın Amsterdam şəhərində konsert verəcəyi ilə bağlı süni intellekt vasitəsilə hazırlanmış saxta afişalar paylaşılıb və həmin elanlar üzərindən bile

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər hava proqnozu azerbaycan son xeber bugun xeberler