Ağdam rayonunda tikinti-söküntü tullantılarının təkrar emal edilməsinə başlanılıb

Ağdam rayonunda tikinti-söküntü tullantılarının təkrar emal edilməsinə başlanılıbİşğaldan azad edilmiş ərazilərin bərpasında yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi məqsədilə özəl sektorla birlikdə tikinti-söküntü tullantılarının təkrar emalı layihəsinə başlanılıb.
azxeber.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəllimov bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə dövri iqtisadiyyatın təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunması ilə bağlı qarşıya qoyulan hədəflərə uyğun olaraq, Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidənqurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb: "İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının sayı xeyli artıb. Təşəbbüs ilk növbədə Ağdam rayonunda yaranan tikinti və söküntü tullantılarının ətraf mühitə təsirini əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək. Həmin materiallar poliqona atılmaq əvəzinə, təbii ehtiyatları qoruyaraq və çirklənməni minimuma endirməklə təkrar emal ediləcək və yenidən bu ərazilərdə aparılan bərpa işlərində istifadəyə veriləcək. Layihənin məqsədi tullantıların dayanıqlı şəkildə idarə olunmasını təmin etməkdir".
O, həmçinin bildirib ki, layihə dövlət və özəl sektor təşkilatları arasında birgə səydir: "Bu, strateji cəhətdən Ağdam rayonunda təkrar emal müəssisələrinin yaradılmasını nəzərdə tutur. Həmin qurğular müxtəlif tikinti və söküntü tullantılarını emal etmək qabiliyyətinə malik olacaq. Bundan əlavə, layihə regionda yerli iqtisadiyyata da təkan verəcək. Davamlı təcrübələri təşviq etməklə biz ümid edirik ki, bu digər regionlar üçün də nümunə olacaq".
F.Mütəllimov xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən BMT-nin Ətraf Mühit Proqramının ekspertlərinin iştirakı ilə Şuşa şəhəri və Ağdam rayonu ərazisindəki dağıntılardan götürülmüş nümunələrin laborator təhlilləri aparılıb və bu tullantıların təkrar emal edilərək tikintidə istifadəyə yararlı olduğu müəyyən olunub.
Qeyd edək ki, Ağdam rayonunun bərpası nəzərdə tutulan digər kəndlərində də bu layihənin davam etdirilməsi planlaşdırılır. Növbəti mərhələdə bu fəaliyyətin genişləndirilərək işğaldan azad edilmiş digər ərazilərdə də tətbiqi ilə bağlı tədbirlər görülür.

Sosial       Tarix: 22 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi banklar cəbhədən yeni xəbərlər son xeberler bugun 2026 canli en son xeberler bu gun