Ağdaşda 13 ilin gəlininə qarşı dəhşətli əməl - Təfərrüat

Ağdaşda 13 ilin gəlininə qarşı dəhşətli əməl - TəfərrüatAğdaş rayonunda 1983-cü il təvəllüdlü Taleh şəxsi münasibətlər zəminində arvadı Nərminə xəsarət yetirib.
azxeber.com demokrat.az-a istinadın bildirir ki, hadisə bu ilin fevralın 17-də rayonun Aşağı Zeynəddin kəndində baş verib.
Taleh yaşadığı evdə həyat yoldaşı Nərmin ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı arvadını döyərək ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib. İş hakim Famil Nəsibovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Nərmin onun həyat yoldaşı olub. qeyd edib ki, onlar təxminən 13 il əvvəl ailə həyatı qurublar, 2 övladları olub: "Ailə həyatı qurduqdan sonra əvvəllər aramızda heç bir mübahisə və dava-dalaş baş verməyib. Lakin son bir neçə ildir ki, Nərmin ilə aramızda tez-tez mübahisə və söz-söhbətlərimiz baş verib. Buna səbəb Nərminin sözümə baxmaması və mənə cavab qaytarması olub".
Təqsirləndirilən şəxs deyib ki, fevralın 17-də, saat təxminən 17.00-da yaşadığı evə gəlib: "Həmin vaxt anam Aidə və həyat yoldaşım evdə olublar. Nərmindən heyvanlara su verib-verməməsini və tövləni təmizləyib-təmizləməməsini soruşdum. Nərmin isə mənə kobud formada "mən heyvanlara baxmayacağam, sən və anan özünüz heyvanlara baxın" deyə cavab verdi. Nərminə sakit olmasını, mənimlə bu tərzdə danışmamasını söylədim. Həmin vaxt Nərmin anama nalayiq ifadə işlətdi. Anama "sənsən oğlun Talehi mənə qarşı öyrədən" deyə söylədi. Nərminin anama nalayiq ifadə işlətməsinə görə onunla aramızda mübahisə yarandı. Mübahisə zamanı Nərminə anama nalayiq ifadə işlətməsinə görə irad tutdum. Nərmin həmin vaxt yenə də anama nalayiq ifadə işlətdi. Nərminin anama nalayiq ifadələr işlətməsinə əsəbləşdim. Nərminin saçından tutaraq dartdım, bir neçə dəfə şillə və yumruqla baş, sifət nahiyəsindən vurdum. Sonra Nərmin valideynlərinə zəng edib, onu aparmalarına söyləcəyini bildirdi. Nərmin evin həyətinə düşdü. Mən də həmin vaxt Nərminin arxası ilə getdim. Ona heç hara getməməsini söylədim. Lakin Nərmin nalayiq ifadə işlədərək gedəcəyini söylədi. Yenə də Nərminin nalayiq ifadə işlətməsinə əsəbləşdim, bir neçə dəfə yumuqla onun çiyin, sifət və bədəninin digər nahiyələrindən vurdum".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nərminin sözlərinə görə, son bir neçə ildir Taleh ilə aralarında tez-tez mübahisə və söz-söhbətlər baş verib: "Buna səbəb Talehin spirtli içki aludəçisi olması və qazandığı pulları ailəsinə deyil, spirtli içkiyə xərcləməsi olub. Fevralın 17-də, saat təxminən 17.00-da yaşadığım evdə olduğum zaman Taleh evə gəldi. Həmin vaxt Taleh sərxoş idi. Taleh həmin vaxt məndən nə üçün tövləni kürümədiyimi soruşdu. Hər gün tövləni kürüdüyümü, işimin çox olduğunu və tövləni təmizləməyi çatdıra bilmədiyimi söylədim. Bir azdan tövləni təmizləyəcəyimi dedim. Lakin Taleh sözlərimə əhəmiyyət vermədi. Nalayiq ifadələr işlədərək nə üçün tövləni vaxtında təmizləmədiyimi soruşdu. Buna görə də, Taleh ilə aramızda mübahisə baş verdi. Mübahisə zamanı yaxınlıqda olan qayınanam bizə sakit olmağımızı söylədi. Mən də qayınanama işlərimizə qarışmamasını söylədim. Talehin isə həmin vaxt mənə "sən nə üçün anama cavab qaytarırsan" deyərək saçımdan tutaraq dartdı. 3-4 dəfə yumruqla baş nahiyəmdən vurdu. Sonra Taleh məni yerə yıxdı, boğaz nahiyəmdən sıxdı və yenə də 3-4 dəfə yumruqla sifət, çiyin nahiyəmdən vurdu. Həmin vaxt qayınanam bizi aralaşdırdı. Sonra ayağa qalxdığım və Talehə valideynlərimə zəng edib, məni aparmalarını söyləyəcəyimi bildirdim. Evin həyətinə düşdüm, həyətdə olan zaman Taleh yanıma gəldi. Nalayiq ifadələr işlədərək heç bir yerə getməyə qoymayacağını söylədi. Sonra Taleh saçımdan tutaraq dartdı, məni yerə yıxdı. Bundan sonra Taleh bir neçə dəfə yumruqla sifət, çiyin, qarın və bədənimin digər nahiyələrindən vurdu. Sonra Talehin çıxıb getdi. Mən isə anama zəng edərək ərim tərəfindən döyülməyim barədə məlumat verdim".
Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alıb. Onun barəsində olan cinayət təqibinə xitam verilib.

Sosial       Tarix: 16 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


yeni xeberler son xeberler azerbaycan xeberleri oxu.az xeberler cəbhədən ən son xəbərlər xabar az xeberler azerbaycan