Agentlik: 'Şuşa və Ağdamda yeni mehmanxana layihələri icra olunur

Agentlik: 'Şuşa və Ağdamda yeni mehmanxana layihələri icra olunurŞuşa şəhərində və Ağdam rayonunun bəzi ərazilərində yeni mehmanxana layihələrin icrasına başlanılıb, bəzi layihələr isə yekunlaşıb.
Bunu azxeber.com-a açıqlamasında Dövlət Turizm Agentliyinim Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov bildirib.
O qeyd edib ki, bu aspektdə dövlət-özəl sektor əməkdaşlığı vacibdir: "Biz hesab edirik ki, ümumiyyətlə, regionda hədəfə çatmaq üçün investorlarla, sahibkarlarla işləməyə ehtiyac var. Dövlət onlara təşviqlər verməlidir. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi və əlaqədar qurumlarla işləyirik. Çalışırıq ki, turizm üçün maksimum iqtisadi təşviqləri cəlb edə bilək. Həmin təşviqlər əsasən vergi və icazə ilə bağlı ola bilər. Digər bir yanaşmamız sırf mehmanxana infrastrukturunun qurulması ilə bağlıdır. Məqsədimiz turizm və rekreasiya zonalarının yaradılmasıdır. Agentlik ərazilər müəyyən edib. Həmin ərazilərin gələcəkdə turizm və rekreasiya zonaları kimi elan edilməsi, oralara dövlət-özəl sektor əməkdaşlığı əsasında investorların cəlb edilməsi nəzərdə tutulur".
Turizm rəsmisinin sözlərinə görə, turistlərin yerləşdikdən sonra əlavə məşğuliyyətləri də diqqət mərkəzindədir: "Bu baxımdan Agentlik bir neçə infrastruktur layihəsi icra etməkdədir. Bunlar Suqovuşanda göl qırağında parkın yaradılması, turizm informasiya mərkəzinin tikilməsi, eyni zamanda Tuğ və Daşaltı kəndlərində turizm infrastrukturunun qurulması, həmçinin Şahbulaq qalasının turizm nümayiş obyekti kimi inkişaf etdirilməsidir. Eyni zamanda bölgə ilə bağlı turizm məzmununun başa düşülməsi, həmin məzmun əsasında turizm məhsullarının yaradılması bizim üçün əsas məsələdir. Bu istiqamətdə yolumuz bir növ Qarabağda turizm marşrutlarının yaradılması, Ağdam rayonunda turizm marşrutlarının hazırlanması və onların işarələnməsi, eyni zamanda digər bu tipli sırf tur lahiyələrinin tamamlanmasıdır. Hesab edirəm ki, bölgəyə turistlərin səfərlərinin təhlükəsiz şəkildə təşkili ilə bağlı bir mexanizm yaransa, turistləri cəlb edəcək müəyyən məhsullar artıq yaradılıb, yəni dövlət olaraq bu prosesə hazır vəziyyətdəyik. Amma eyni zamanda, kütləvi turizm üçün mehmanxana infrastrukturunun hazırlamasına ehtiyac var və bu istiqamətdə də investorlarla işləməliyik. Bu işdə onlara kömək etməyə hazırıq".

Sosial       Tarix: 20 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


son xeberler azerbaycan xeberleri yeni xeberler xabar az axsam az xeberler cəbhədən son xəbərlər 2026 xankendi