Ağır xəstəliyə tutulan türkiyəli prodüser izləyiciləri ilə vidalaşdı: "Dünən son dəfə..." - FOTO
Ağır xəstəliyə tutulan türkiyəli prodüser izləyiciləri ilə vidalaşdı: "Dünən son dəfə..." - FOTO
Məşhur türkiyəli prodüser və "YouTube" verilişləri aparıcısı Armağan Çağlayanda ağciyər xərçəngi aşkarlanıb.
Prodüseri və aparıcısı olduğu "YouTube" verilişləri ilə diqqət çəkən 56 yaşlı Çağlayan bir neçə gün öncə bununla bağlı sosial media hesabında məlumat verib.
"Bu yaxınlarda illik sağlamlıq müayinəsindən keçərkən ağciyərimdə kütlə aşkarlandı. Kütlənin böyük ehtimalla xərçəng olduğu ortaya çıxdı. İşləmək mənim üçün həmişə olduğu kimi, indi də həyatla əlaqəmi saxlayan ən vacib motivasiya mənbəyidir. Ona görə də məcburi fasiləni çox uzatmadan işimin başına qayıdacağam", - deyə o bildirib.
Lakin növbəti paylaşımında Çağlayan qeyd edib ki, həkimlər ona çox işləməməyi və özünü yormamağı tövsiyə ediblər.
"Bu fotolar dünənki son "YouTube" çəkilişimizdəndir. Siz fevralın ortalarına qədər izləyə biləcəksiniz, amma biz dünən son dəfə çəkiliş etdik. "YouTube" ilə vidalaşmağın vaxtıdır. Həkim dedi ki, işinizi azaldın, özünüzə vaxt ayırın. İndiyə qədər proqramlarımıza göstərdiyiniz marağa görə çox təşəkkür edirik. Bir gün başqa məcralarda və başqa macəralarda görüşmək ümidi ilə. Hər şeyə görə çox təşəkkürlər. Minnətdarıq", - deyə o, paylaşımında kədərini ifadə edib.


Mənbə: Haber Global / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Qızıl və gümüş bahalaşdı
"Hər həftə bir ev alırdım
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub