Ağstafa şəhərinin yol-nəqliyyat infrastrukturu yenilənir - FOTOLAR
Ölkə rəhbərliyinin müvafiq göstərişlərinə uyğun olaraq Ağstafa rayonunun şəhər, qəsəbə və kəndlərində əhalinin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədi ilə yol-nəqliyyat və digər infrastrukturların müasir tələblərə uyğunlaşdırılması işlərinə xüsusi diqqət yetirilir.
azxeber.com xəbər verir ki, bu məqsədlə icra olunan ardıcıl tədbirlər çərçivsində Ağstafa şəhərinin bir sıra küçəsində əsaslı təmir və quruculuq işləri həyata keçirilmişdir.
Belə ki, Əmrah Əhmədov küçəsinə yeni asfalt örtüyü salınmış, elektrik təsərrüfatı yenidən qurulmuş, müasir işıqlandırma sistemi çəkilmiş, vətəndaşlar GPON texnologiyalı sürətli internetlə təmin edilmişdir. Rafiq Alcanov küçəsində avtomobil yolunun sıradan çıxmış hissəsi çıxarılaraq yeni asfalt örtüyü salınmışdır. Hüseyn Arif küçəsi ilə Ağstafa-Poylu avtomobil yolunu birləşdirən yeni yol əsaslı təmir olunaraq asfaltlanmışdır.
Hazırda Ağstafa şəhərində abadlıq-quruculuq işləri, o cümlədən Heydər Əliyev prospekti boyunca vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə daha müasir tipli səki daşlarının döşənməsi işləri davam etdirilir.










Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat